
"Ethereum" dəyər itirir: Analitik ehtimal olunan qiymət səviyyəsini açıqladı
"Bloomberg Intelligence"in baş analitiki Mayk MəkQlo bildirir ki, "Ethereum" (ETH) hələ də riskli aktivlərlə sıx bağlıdır. Onun fikrincə, əgər ABŞ fond bazarlarında eniş davam etsə, ETH-nin qiymətində daha da geriləmə müşahidə oluna bilər.
"Valyuta.az" xəbər verir ki, MəkQlo ümumi bazar şəraiti pisləşəcəyi təqdirdə ETH-nin bu ilin sonuna qədər 1000 dollara qədər ucuzlaşa biləcəyini deyib. O əlavə edib ki, "Bitcoin"də (BTC) davam edən zəiflik altkoin bazarına da mənfi təsir göstərə bilər. Bununla belə, əgər ETH 2000 dollara qədər yüksəlməyə başlasa, bu, riskli aktivlərə marağın artdığını göstərə bilər.
MəkQlo həmçinin "Bitcoin"in son illərdəki inkişafı və hazırkı vəziyyəti ilə bağlı da danışıb. O qeyd edib ki, 2009-cu ildə yaradılan "Bitcoin", zamanla geniş bir kriptovalyuta dünyasının əsasını qoyub. Analitik hesab edir ki, bu rəqəmsal aktivlər indi həm baha, həm də olduqca risklidir.
"Əgər hər hansı bir aktiv davamlı olaraq bahalaşmalıdırsa və bu aktiv çox spekulyativdirsə, o zaman bazar tənzimləyiciləri prosesə müdaxilə edə bilər," – deyə MəkQlo vurğulayıb.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay