
Son 1 ildə ən çox bahalaşan qida məhsulları
2025-ci ilin yanvar-fevral aylarında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.3 % bahalaşıb.
Valyuta.Az xəbər verir ki, cari ilin yanvar ayı ilə müqayisədə fevral ayında da qiymətlərdə 1.4 % bahalaşma müşahidə olunub.
Ötən ay, əvvəli ayın eyni dövrü ilə müqayisədə ən çox qiymət artımı tərəvəz, kərə və bitki yağları, ət və ət məhsulları və meyvələrdə baş verib.
Belə ki, tərəvəz qiymətlərində 15.6 %, kərə və bitki yağlarında 9,5 %, ət və ət məhsullarında 6.6 %, meyvələrdə isə 6 % qiymət artımı qeydə alınıb.
Bundan əlavə mineral sular, sərinləşdirici içkilər və şirələr 5.4 %, çay, qəhvə, kakao 3.6 %, araq, brendi (konyak) 3.5 %, qənd, cem, bal, şokolad və konfetlər 2.2 %, çörək, çörək məmulatları və yarmalar isə 1.8 bahalaşıb.
Balıq və balıq məhsulları, süd və süd məhsulları, yumurta isə 1.2 % ucuzlaşıb.
Cari ilin yanvar ayı ilə müqayisə olunduqda fevralda ən çox qiymət artımı tərəvəz və meyvələrdə qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti son bir ayda 4.9 %, meyvələrin qiymətində is 4.5 % bahalaşıb.
Bundan əlavə
- kərə və bitki yağları 1.4 %,
- qənd, cem, bal, şokolad və konfetlər 0.7 %,
- çörək, çörək məmulatları və yarmalar 1.1 %,
- balıq və balıq məhsulları 0.4 %,
- çay, qəhvə, kakao 0.5 %,
- mineral sular, sərinləşdirici içkilər və şirələr 0.7 %,
- araq, brendi (konyak) isə 0.4 % bahalaşıb.
Ucuzlaşma isə sadəcə süd və süd məhsulları, yumurta qiymətlərində baş verib. Bu məhsullar 0.6 % ucuzlaşıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay