BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67668

Avropalı tənzimləyicilər kriptovalyutalara sahib olan sığorta şirkətləri üçün sərt kapital tələbləri təklif edərək, Avropa İttifaqının "Bitcoin" və digər rəqəmsal aktivlərlə bağlı ən sərt mövqeyinin siqnalını veriblər.

Valyuta.Az xəbər verir ki, Avropa Sığorta və Peşə Təqaüdləri Təşkilatı ("EİOPA") Avropa Komissiyasına müraciət edərək, sığorta şirkətlərinin bütün kripto aktivləri üçün 100% kapital tələbi tətbiq etməsini tövsiyə edib.

Bu addım ABŞ-nin ənənəvi maliyyə qurumları üçün kripto aktivlərə dair məhdudiyyətləri yumşaltmaq istiqamətində atdığı addımlarla eyni vaxtda gerçəkləşib. Məqsəd isə sığorta şirkətlərini rəqəmsal aktivlərə investisiya qoymaqdan çəkindirməkdir. Hazırda əksər Aİ sığorta şirkətləri kripto aktivlər üçün kapitalın 60%-dən 80%-ə qədərini ayırır. Lakin təklif edilən yeni qayda bu əhatəni tam şəkildə məcburi edəcək və rəqəmsal aktivlərin saxlanma xərclərini əhəmiyyətli dərəcədə artıracaq.

"Eiopa"nın təklifi yalnız "Bitcoin" və "Ethereum" kimi kriptovalyutalarla məhdudlaşmır; həmçinin nominal valyutalara bağlı olan stabilkoinləri və borc kağızları və ya səhmlər kimi ənənəvi yatırımlarla dəstəklənən digər tokenləşdirilmiş aktivləri də əhatə edir. Bu, tənzimləyicinin sığortaçılar tərəfindən saxlanılan hər hansı aktiv kateqoriyası üçün ilk dəfə bu qədər ciddi kapital tələbi irəli sürməsi anlamına gəlir.

Sərt mövqeyə baxmayaraq, təklif edilən qaydaların qısamüddətli təsirinin məhdud olacağı gözlənilir. "Eiopa"ya görə, avropalı sığortaçılar 2023-cü ilin sonuna olan göstəricilərə əsasən, təqribən 655 milyon avro dəyərində kripto aktivlərə malik olub və bu, onların ümumi 9,6 trilyon avro dəyərində aktivlərinin 0,01%-dən də azını təşkil edib. Bu aktivlərin əksəriyyəti Lüksemburqda cəmlənib ki, bu da onların birbaşa deyil, investisiya fondları vasitəsilə dolayı yolla saxlanıldığını göstərir.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident İlham Əliyev Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı

Prezident İlham Əliyev Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı

Trampın sərvəti kəskin artdı - Prezident nələrə sahibdir?

"Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq"- Almaniya Prezidenti

Prezident: “Ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”

Bakıda damı damın üstünə qoymaq istədilər - Sakinlər etiraz etdi, iş dayandırıldı

Bu MMC-nin tenderi ləğv olundu

ChatGPT rekorda imza atdı: Cəmi 1 saata 1 milyon yeni istifadəçi!

Daimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu?

Xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Xaricdə təhsil şirkətləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü başlayıb

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB

“Qurd Qapısı” restoranında ciddi nöqsanlar aşkarlandı - FOTOLAR

AMB valyuta hərracı barədə məlumat yaymağı niyə dayandırıb?

Dövlət Xidmətində 40 nəfər məsuliyyətə cəlb edilib

Turizm Agentliyində yoxlama - Detallar açıqlandı

CEO-lar öz üzərində necə işləməlidir?

İlham Əliyev Almaniyanın Prezidentini qarşıladı

2600 manat birdəfəlik müavinət kimlərə ödəniləcək?

2600 manat birdəfəlik müavinət kimlərə ödəniləcək?

Dünyanın ən varlı adamları - Siyahıda Azərbaycanda həbsdə olan milyarder də var

Azərbaycan-MDB ticarət əlaqələrində yarım milyardlıq kəsir

Toksik mühitə sahib olan zavodu ən yaxşılardan birinə çevirmək mümkündür?

Azərbaycan nefti bahalaşdı

Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi

ABŞ-yə viza almaq istəyənlərin nəzərinə!

ABŞ-yə viza almaq istəyənlərin nəzərinə!

"Bitcoin" və "Etherium" cüzi bahalaşıb - Kriptovalyutaların qiymətləri

5126 uğursuz cəhd, 15 il vaxt - Daysonu dünyaya tanıdan hekayəsi - SƏHƏR OXUSU

"OpenAI" 300 milyard dollar dəyərində qiymətləndirildi

Texnologiya nəhənglərinin sərvət itkiləri - Rəqəmlər

Turistlər kütləvi şəkildə ABŞ-a səfərlərini ləğv edir - Nəticələr ağır ola bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin