
"OpenAI" il sonunadək kommersiya yönümlü quruma çevrilməsə...
"SoftBank"ın rəhbərlik etdiyi və hazırda son mərhələdə olan 40 milyard dollar dəyərindəki maliyyələşməni tam şəkildə təmin etmək üçün "OpenAI" bu ilin sonunadək kommersiya yönümlü quruma çevrilməlidir.
Valyuta.Az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Əgər "Microsoft"un dəstəklədiyi "OpenAI" il sonunadək kommersiya quruluşuna çevrilməzsə, "SoftBank" maliyyələşmənin həcmini 20 milyard dollara endirə bilər.
Bu, "OpenAI" üçün mürəkkəb struktur dəyişikliyini həyata keçirmək baxımından sürətləndirilmiş bir tarix deməkdir. Şirkətin əvvəlki maliyyələşmə raundu çərçivəsində investorlarla razılaşdırdığı müddət iki il idi.
Startap bildirib ki, ən yaxşı süni intellekt modellərini inkişaf etdirmək üçün zəruri kapitalın cəlb olunması məqsədilə kommersiya quruluşuna keçid vacibdir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay