
Azərbaycandan neft alışını kəskin azaldan ölkələr
2024-cü ildə Azərbaycandan dünyanın 25 ölkəsinə ümumi dəyəri 14 mlrd. 437 mln. 355.99 min ABŞ dolları olan 23 mlrd. 596 mln. 132.23 min ton xam neft ixrac edilib.
Valyuta.Az xəbər verir ki, bu 2023-cü illə müqayisədə təxminən 9.41 % daha azdı. 2023-cü ildə 2 mlrd. 451 mln. 157.28 min ton neft ixrac edilib.
Son 1 ildə bir sıra ölkələrin Azərbaycandan neft alışında kəskin azalma müşahidə olunub.
DGK-nın rəsmi statistik məlumatlarına əsasən, neft ixracının kəskin azaldığı ölkələr İsrail, İspaniya, Hindistan, İrlandiya və Vyetnam olub. 2023-cü ildə bu ölkələrə toplamda 6 mlrd. 701 mln. 823.05 min ton xam neft ixrac olunmuşdusa, 2024-cü ildə bu rəqəm təxminən 55.72 % azalaraq 2 mlrd. 967 mln. 341.49 min tona düşüb.
2023-cü illə müqayisədə 2024-cü ildə İspaniyaya təxminən 79.52 %, Vyetnama 75.01 %, İrlandiyaya 62.44 %, İsrailə 48.34%, Hindistana isə 42.26 % daha az neft ixrac edilib.
Tonla ifadədə isə ən çox azalma 1 mlrd. 97 mln. 339.9 min tonla İsrailə ixracda baş verib.
İsrailə ixracdan əldə etdiyimiz gəlir 1 mlrd. 394 mln. 267.62 min ABŞ dollarından 713 mln. 268.03 min ABŞ dollarına, İspaniya ixracdan əldə etdiyimiz gəlir 769 mln. 586.75 min ABŞ dollarından 142 mln. 979.29 min ABŞ dollarına, Hindistana ixracdan əldə etdiyimiz gəlir 1 mlrd. 227 mln. 40.85 min ABŞ dollarından 729 mln. 796.92 min ABŞ dollarına, İrlandiya ixracdan əldə etdiyimiz gəlir 366 mln. 641.18 min ABŞ dollarından 139 mln. 774.63 min ABŞ dollarına, Vyetnama ixracdan əldə etdiyimiz gəlir isə 345 mln. 490.87 min ABŞ dollarından 77 mln. 885.77 min ABŞ dollarına düşüb.
Daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
№ | Ölkə | 2023-cü il (ton) | 2024-cü il (ton) | Azalma (tonla) | Azalma (%) |
1 | İsrail | 2 270 342.65 | 1 173 002.75 | -1 097 339.90 | -48.34% |
2 | İspaniya | 1 221 974.82 | 250 395.80 | -971 579.02 | -79.52% |
3 | Hindistan | 2 025 082.15 | 1 168 876.01 | -856 206.14 | -42.26% |
4 | Vyetnam | 554 367.23 | 138 495.13 | -415 872.10 | -75.01% |
5 | İrlandiya | 630 056.20 | 236 571.80 | -393 484.40 | -62.44% |
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay