BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67607

ABŞ-nin avtomobil idxalına rüsum tətbiq etməsi "Porsche" və "Mercedes-Benz" üçün ciddi maliyyə itkilərinə səbəb ola bilər.

Valyuta.az xəbər verir ki, tariflərin tətbiqi nəticəsində bu şirkətlər 3,4 milyard avro zərər görə bilər.

Həmçinin bu rüsumlar 2026-cı ildə "Porsche" və "Mercedes"in gözlənilən əməliyyat mənfəətinin təxminən dörddə birini azalda bilər. İstehsalçılar bu təsiri kompensasiya etmək üçün qiymətləri artırmalı və ya istehsalın bir hissəsini ABŞ-a köçürməli olacaqlar.

Bu qərarın elan edilməsindən sonra "Porsche" və "Mercedes"in səhmləri Frankfurt birjasında 5,7%, "BMW AG"nin səhmləri isə 4,9% dəyər itirib.

Donald Tramp 26 martda ABŞ-nin xaricdə istehsal olunan avtomobillər və onların ehtiyat hissələri üçün 25% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Tariflər 3 apreldə qüvvəyə minəcək. Tramp bildirib ki, ABŞ, Kanada və Meksika arasında imzalanan USMCA sazişi çərçivəsində istehsal olunan avtomobillər üçün rüsumlar yalnız "Amerikada istehsal olunmayan hissələrə" tətbiq ediləcək.

ABŞ prezidenti bu addımı milli təhlükəsizliyi qorumaq və daxili avtomobil sənayesini gücləndirmək məqsədilə atdığını bildirib.

Trampın açıqlamasından sonra dünya birjalarında indekslər aşağı düşüb. Yaponiyanın "Nikkei" indeksi 1%, Cənubi Koreyanın "KOSPI" indeksi isə 1,3% dəyər itirib. "Toyota Motor"un səhmləri Nasdaq birjasında premarketdə 2%-dən çox, "Mazda Motor"un səhmləri isə 1,5% ucuzlaşıb. "Tesla"nın səhmləri 26 martda əsas ticarət sessiyasında 5,6% düşsə də, premarketdə 0,93% artıb. "General Motors"un səhmləri 6,18%, "Ford"un səhmləri isə 4,7% dəyər itirib.

2024-cü ildə ABŞ avtomobil idxalına 474 milyard dollar xərcləyib, bunun 220 milyard dolları yüngül avtomobillərə aiddir. Ən iri avtomobil tədarükçüləri Meksika, Yaponiya, Cənubi Koreya, Kanada və Almaniya olub.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ-nin qərarını tənqid edərək bildirib ki, Aİ iqtisadi maraqlarını qorumaq üçün danışıqlar aparacaq. O, tarifləri "biznes üçün pis, istehlakçılar üçün isə daha da pis" adlandırıb. Kanadanın baş naziri Mark Karni isə bu addımı "Kanada işçilərinə birbaşa hücum" kimi qiymətləndirib və cavab tədbirlərinin nəzərdən keçirildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

31 Mart soyqırımından 107 il ötür

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

Son 1 ildə ən çox bahalaşan qida məhsulları

Diqqətin yayınmasında əsas səbəb telefon deyil - Araşdırma

Banklara ən çox borcu olan rayonlar - Cədvəl

2 aya 2.7 mln. manatlıq dərman istehsal olunub

Külək elektrik stansiyalarının istehsalı 60 %-dən çox azalıb

Azərbaycan bu ölkəyə investisiyalarını 1 ildə 6 900 dəfədən çox artırıb

Sabahın hava proqnozu açıqlanıb

Süni intellektin bizə qazandırdığı vaxtla nə etməliyik? - The Guardian

Dünyada baş verən ən güclü zəlzələlər - Siyahı

Türkiyə günlük ixracda Cümhuriyyət tarixinin II ən yüksək nəticəsini qeydə alıb

"EİOPA"dan kriptovalyuta xəbərdarlığı: sığorta şirkətləri üçün sərt tələblər gəlir

Daha xoşbəxt yaşamaq üçün gündə 20 dəqiqədən az vaxt aparan 3 vərdiş - SƏHƏR OXUSU

Bu ölkə Azərbaycandan neft ixracını 2 dəfədən çox artırıb

Bu ölkə Azərbaycandan neft ixracını 2 dəfədən çox artırıb

Azərbaycandan neft alışını kəskin azaldan ölkələr

Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu

Qızıl hasilatı 81%-dən çox artıb

"OpenAI" il sonunadək kommersiya yönümlü quruma çevrilməsə...

BOKT-ların xalis mənfəəti 2 dəfədən çox artıb - Hesabat

Fransa ilə iqtisadi əlaqələrin 2024-cü il icmalı

Məşhur geyim brendi modellərin rəqəmsal klonlarını yaratmağı düşünür

Tikinti şirkətinin rəhbəri həbs olunub

Azərbaycan Danimarkaya investisiyalarını 7 dəfədən çox artırıb

Ötən il neft ixrac etdiyimiz 25 ölkə - Siyahı

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb: Qiyməti nə qədərdir?

Neftimiz ucuzlaşmaqda davam edir

Bu həftə ən çox axtarılan 20 kriptovalyuta

İlon Mask "X" və "xAI" şirkətlərini birləşdirdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin