
Kredit faizlərinin ən yüksək olduğu rayonlar - Siyahı
31 yanvar 2025-ci il tarixinə bankların ölkə üzrə fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin həcmi 27 mlrd. 514 mln. 700 min manat təşkil edib.
Valyuta.Az-ın əldə etdiyi məlumata əsasən, onun 23 mlrd. 160 mln. 515 min manatı milli valyutada, 4 mlrd. 354 mln. 184 min manatı isə sərbəst dönərli valyutada (SDV) verilmiş kreditlər təşkil edib.
Milli valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi 14.83 %, SDV-də verilmiş kreditlərin orta faiz dərəcəsi isə 5.54% təşkil edib.
Ölkə üzrə milli valyutada 14.00 % orta faiz dərəcəsi ilə 3 mlrd. 713 mln. 552 min manat kredit verilib. Qısamüddətli SDV-də verilən kreditlərin həcmi 768 mln. 436 min manat təşkil edib. Bu kreditlərin orta faiz dərəcəsi isə 5.57 % təşkil edib.
Milli valyutada verilmiş uzunmüddətli kreditlərin həcmi 19 mlrd. 446 mln. 964 min manat təşkil edib ki, bunların da orta faiz dərəcəsi 14.92 %-dir.
SDV-də verilmiş uzunmüddətli kreditlərin həcmi isə 3 mlrd. 585 mln. 748 min manat olub ki, bu kreditlər üçün də orta faiz dərəcəsi 5.53 % olub.
Faiz dərəcəsinin ən yüksək olduğu rayonlar
Milli valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin ən yüksək olduğu bölgə Dağlıq Şirvan iqtisadi rayonu, Şirvan-Salyan iqtisadi rayonu və Qarabağ iqtisadi rayonudu.
Belə ki bu bögələrdə milli valyutada verilmiş kreditlərin orta faiz dərəcəsi müvafiq olaraq 19.41 %, 19.35 % və 19.20 % olub.
SDV-də verilmiş kreditlər üzrə isə ən yüksək faiz dərəcəsinə malik rayonlar Lənkəran-Astara iqtisadi rayonu (7.61 %), Dağlıq Şirvan iqtisadi rayonu (7.36 %) və Quba-Xaçmaz iqtisadi rayonudur(6.67 %).
Milli valyutada verilmiş qısamüddətli kreditlər üzrə ən yüksək orta faiz dərəcəsi Şirvan-Salyan iqtisadi rayonunda (19.59 %), uzunmüddətli kreditlər üzrə isə Şərqi Zəngəzur iqtisadi rayonunda (19.79 %) qeydə alınıb.
SDV-də verilmiş qısamüddətli kreditlər üzrə ən yüksək orta faiz dərəcəsi Qazax-Tovuz iqtisadi rayonunda (7.49 %), uzunmüddətli kreditlər üzrə isə Lənkəran-Astara iqtisadi rayonunda (7.98 %) qeydə alınıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay