
60 dollarlıq sual -"Binance" qurucusunun kriptolayihəsi istifadəyə verildi
Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance"ın qurucusu və keçmiş baş icraçı direktoru Çanpenq Zhaonun bir müddət əvvəl təklif etdiyi kriptovalyuta layihəsi artıq reallaşıb.
Valyuta.az xəbər verir ki, Çanpenq Zhao bu sistemin tanınmış şəxslərə və kriptovalyuta sahəsinin məşhur simalarına ödəniş qarşılığında mesaj göndərməyə imkan verəcəyini bildirib.
Onun təklifinə əsasən, ödənişlər kriptovalyuta ilə – xüsusilə də "BNB" ilə həyata keçiriləcək. Əgər mesaj göndərilən şəxs 5 gün ərzində cavab verməzsə, ödənişin yarısı mesaj göndərəcisinə geri qaytarılacaq. Bu yanaşma həm spam mesajların qarşısını almağı, həm də cavab verməyi stimullaşdırmağı hədəfləyir.
Layihənin tətbiq forması olan və "ReachMe" adlanan platformanın linki artıq Çanpenq Zhaonun rəsmi "X" hesabının bio bölməsinə əlavə edilib. Hazırda Zhaoya bir sual ünvanlamağın dəyəri 0,1 "BNB" – təxminən 60 ABŞ dollarına bərabərdir.
Bildirək ki, Çanpenq Zhao indiyədək ona göndərilən bütün suallara şəxsən cavab verib. Lakin sistemdə bəzi texniki məhdudiyyətlər mövcuddur: mesajlar maksimum 2000 simvolla məhdudlaşdırılıb və onlara heç bir fayl – o cümlədən şəkil – əlavə etmək mümkün deyil.
Zhao əlavə edib ki, platforma vasitəsilə əldə edilən bütün gəlir xeyriyyə məqsədlərinə yönəldiləcək.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay