BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67582

Bu il əmtəə bazarında ən çox tələbat görən məhsullar arasında yer alan mis, qiymət artımı ilə diqqət çəkir.

ABŞ Prezidenti Donald Trampın mis idxalına tətbiq etməyi planlaşdırdığı tariflər, bazarda yaranan sıxlıq səbəbindən təchizatla bağlı narahatlıqlar, Çinin iqtisadiyyatı dəstəkləmək üçün atdığı addımlar və ABŞ dollarına olan tələbin azalması mis qiymətlərini yüksəldən əsas amillər sırasında yer alır.

Beləliklə, misin 1 libre üçün qiyməti 5,33 ABŞ dollarına qədər yüksələrək son 10 ayda rekord səviyyəyə çatıb. Ötən ilin may ayında isə misin qiyməti 5,25 dollara yüksəlmişdi.

Donald Trampın ötən ay Konqresdə çıxışı zamanı mis idxalına 25 faiz gömrük rüsumu tətbiq edilə biləcəyini bildirməsi qiymətlərin istiqamətinə təsir edib. Bundan əlavə, ABŞ-nin mis idxalına dair gömrük tariflərini yaxın həftələrdə tətbiq edə biləcəyi ilə bağlı yayılan xəbərlər də qiymətlərdəki artımı sürətləndirib.

Digər tərəfdən, Çin bazarında sıxlıq siqnalları da misdəki bahalaşmaya təkan verib. Ölkədə xüsusilə enerji şəbəkəsi infrastrukturu və elektrikli nəqliyyat vasitələrinin istehsalında artan fəaliyyət misə olan tələbi yüksəldir.

London Metal Birjasında mis ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması və tarif təhlükəsi səbəbindən misin ABŞ-a daşınması, Avropa və Asiyada bu məhsul üzrə təchizat çatışmazlığına səbəb olub.

Çində mis əridici zavodlarda istehsalın zəifləməsi ilə bağlı xəbərlər də təchizatla bağlı narahatlıqları artırıb.

Mərkəzi İsveçrədə yerləşən, xammal ticarəti və istehsalı ilə məşğul olan "Glencore" şirkətinin Filippinlərdəki mis əridici zavodda fəaliyyətini dayandıracağına dair xəbərlər də qiymətlərə yuxarı istiqamətli təzyiq yaradıb.

Bundan əlavə, Almaniyanın böyük hərbi və infrastruktur xərcləri planının təsdiqlənməsi fonunda gözlənilən tələbat artımı da mis qiymətlərini dəstəkləyib.

Misin libre qiyməti fevral ayının sonu ilə müqayisədə 16 faizdən, ilin əvvəlindən isə 31 faizdən çox artıb.

"Mis qiymətlərini artıracaq əsas amillər bir araya gəlib"

"Capital.com" maliyyə xidmətləri şirkətinin baş maliyyə bazarları analitiki Kayl Rodda bildirib ki, “mis qiymətlərində artıma səbəb olan əsas amillərin yaxşı şəkildə bir araya gəldiyi müşahidə olunur. Trampın tarifləri misə də təsir edərsə, bu, gələcəkdə bazarda təchizatın sıxlaşmasına və təklif şokuna səbəb olacaq”.

Roddanın sözlərinə görə, Çində iqtisadi artımın yaxşılaşması ilə yanaşı, ölkədə enerji və nəqliyyat sistemlərinin elektrikləşdirilməsinə yönəlmiş struktur islahatları da tələbi artıran təzyiqlər yaradır ki, bu da mis qiymətlərindəki artım tendensiyasını möhkəmləndirir.

"Capital Economics"in iqlim və əmtəə iqtisadçısı Hamad Huseyn isə qeyd edib ki, “mis qiymətləri son həftələrdə ABŞ-nin mis idxalına tarif tətbiq edəcəyi ilə bağlı qorxular və siyasətçilərin stimullaşdırma tədbirləri fonunda Çinə dair yenilənmiş nikbinlik səbəbindən yüksəlir”.

Huseyn əlavə edib ki, xüsusilə tarif təhdidi qlobal bazarları pozur və ABŞ-də misin qiymətini beynəlxalq göstəricilərlə müqayisədə xeyli artırır: “Gömrük rüsumlarının təsdiqlənməsi ABŞ-da mis qiymətlərini digər bölgələrlə müqayisədə yüksək səviyyədə saxlayacaq, lakin qlobal metal tələbatının əsas hərəkətverici qüvvəsi olan Çinin daşınmaz əmlak sektorunun zəifləməsi səbəbindən qiymətlər mövcud səviyyələrdən aşağı düşəcək”.

Sonda Huseyn qeyd edib ki, Çinin siyasətçiləri tərəfindən açıqlanan tədbirlər daha çox daşınmaz əmlak sektorundakı azalmaları idarə etməyə yönəlib, nəinki ümumi yavaşlamanın qarşısını almağa.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha xoşbəxt yaşamaq üçün gündə 20 dəqiqədən az vaxt aparan 3 vərdiş - SƏHƏR OXUSU

Bu ölkə Azərbaycandan neft ixracını 2 dəfədən çox artırıb

Bu ölkə Azərbaycandan neft ixracını 2 dəfədən çox artırıb

Azərbaycandan neft alışını kəskin azaldan ölkələr

Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu

Qızıl hasilatı 81%-dən çox artıb

"OpenAI" il sonunadək kommersiya yönümlü quruma çevrilməsə...

BOKT-ların xalis mənfəəti 2 dəfədən çox artıb - Hesabat

Fransa ilə iqtisadi əlaqələrin 2024-cü il icmalı

Məşhur geyim brendi modellərin rəqəmsal klonlarını yaratmağı düşünür

Tikinti şirkətinin rəhbəri həbs olunub

Azərbaycan Danimarkaya investisiyalarını 7 dəfədən çox artırıb

Ötən il neft ixrac etdiyimiz 25 ölkə - Siyahı

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb: Qiyməti nə qədərdir?

Neftimiz ucuzlaşmaqda davam edir

Bu həftə ən çox axtarılan 20 kriptovalyuta

İlon Mask "X" və "xAI" şirkətlərini birləşdirdi

Yer kürəsində su ehtiyatları sürətlə azalır

Yer kürəsində su ehtiyatları sürətlə azalır

Borcla böyümə: qlobal iqtisadiyyatın zərif balansı - SƏHƏR OXUSU

Bir gecədə yoxsullaşanlar: İqtisadiyyatın dağıldığı an

BP Avstriyadakı aktivlərini də satmağa hazırlaşır

Kredit faizlərinin ən yüksək olduğu rayonlar - Siyahı

Azərbaycan İsrailə neft ixracını 50 %-ə yaxın azaldıb

Qrenlandiya partiyaları Trampın təzyiqi fonunda yeni hökuməti elan ediblər

Məşhur film şirkəti iflasa uğradı

ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib

"iPhone" istifadəçiləri üçün "WhatsApp"da yeni funksiya

Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

"Meta"dan nostalji yaradan addım - "Facebook"un bu özəllikləri geri dönür

Mehman Veysəlov onları müdir təyin edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin