
İran İR-nin Azərbaycana investisiyaları 2.7 mlrd. manatı ötüb
2020–2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 29 mlrd. 303 mln. 112 min dollar (49 mlrd. 815 mln. 290.4 min manat) təşkil edib.
Valyuta.Az rəsmi mənbələrə istinadən xəbər verir ki, Azərbaycan iqtisadiyyatına
– 2020-ci ildə 4 mlrd. 527 mln. 706 min dollar (7 mlrd. 697 mln. 100.2 min manat),
– 2021-ci ildə 4 mlrd. 795 mln. 271 min dollar (8 mlrd. 151 mln. 961.7 min manat),
– 2022-ci ildə 6 mlrd. 275 mln. 850 min dollar (10 mlrd. 668 mln. 945 min manat),
– 2023-cü ildə 6 mlrd. 658 mln. 68 min dollar (11 mlrd. 318 mln. 715.6 min manat),
– 2024-cü ildə isə 7 mlrd. 46 mln. 217 min dollar (11 mlrd. 978 mln. 568.9 min manat) birbaşa xarici investisiya yatırılıb.
Bu məbləğin 1 mlrd. 596 mln. 505 min dolları (2 mlrd. 713 mln. 058.5 min manat) və ya 5.45 %-i İran İslam Respublikası tərəfindən yatırılan investisiyalar təşkil edib.
Belə ki, İran tərəfindən
– 2020-ci ildə 200 mln. 571 min dollar (340 mln. 971.7 min manat),
– 2021-ci ildə 268 mln. 593 min dollar (456 mln. 608.1 min manat),
– 2022-ci ildə 359 mln. 871 min dollar (611 mln. 780.7 min manat),
– 2023-cü ildə 395 mln. 983 min dollar (673 mln. 171.1 min manat),
– 2024-cü ildə isə 371 mln. 487 min dollar (631 mln. 527.9 min manat) birbaşa investisiya yatırılıb.
Sözügedən dövrdə Azərbaycan tərəfindən iqtisadiyyatlarına sərmayə yatırılan ölkələrin ilk 25-liyində İranın adına rast gəlinmir.
2020–2024-cü illərdə ixrac–idxal tablosuna nəzər saldıqda, Azərbaycanın ən çox məhsul ixrac etdiyi ilk 15-likdə İranın adına rastlanmasa da, hər il ən çox idxal həyata keçirilən ölkələrin siyahısında ölkənin adına rast gəlinir.
Belə ki, İrandan
– 2020-ci ildə 300 mln. 615.39 min dollar (511 mln. 045.16 min manat),
– 2021-ci ildə 397 mln. 523.54 min dollar (676 mln. 789.9 min manat),
– 2022-ci ildə 476 mln. 438.40 min dollar (810 mln. 945.3 min manat),
– 2023-cü ildə 473 mln. 087.35 min dollar (804 mln. 248.5 min manat),
– 2024-cü ildə isə 633 mln. 58.13 min dollar (1 mlrd. 076 mln. 308.8 min manat) olmaqla, toplamda 2 mlrd. 280 mln. 722.810 min dollar (3 mlrd. 877 mln. 228.8 min manat) dəyərində məhsul idxal edilib.
Qeyd edək ki, bu dövrdə Azərbaycana ən çox birbaşa investisiya Birləşmiş Krallıq tərəfindən yatırılıb. Ən çox məhsul idxal etdiyimiz ölkə isə Rusiya Federasiyası olub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay