BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67578

2020–2024 aralığında Azərbaycanın xarici ticarət saldosu 59 mlrd. 226 mln. 726.62 min dollar (100 mlrd. 685 mln. 434.3 min manat) təşkil edib.

Valyuta.Az-ın Dövlət Gömrük Komitəsinin açıqladığı statistikalara əsasən apardığı hesablamalara görə son 5 ildə xarici ticarət dövriyyəsi 209 mlrd. 866 mln. 234.26 min dollar (356 mlrd. 772 mln. 598.2 min manat) təşkil edib.

Bu məbləğin 134 mlrd. 546 mln. 480.8 min dolları (228 mlrd. 728 mln. 017.4 min manat) ixrac məhsullarının, 75 mlrd. 319 mln. 754.18 min dolları (128 mlrd. 043 mln. 582.1 min manat) isə idxal məhsullarının payına düşüb.

Ən çox xarici ticarət dövriyyəsi 2022-ci ildə, ən az isə 2020-ci ildə qeydə alınıb. Belə ki, bu illərdə xarici ticarət dövriyyəsi müvafiq olaraq 52 mlrd. 686 mln. 488.20 min dollar (89 mlrd. 567 mln. 030 min manat) və 24 mlrd. 471 mln. 287.85 min dollar (41 mlrd. 601 mln. 189.3 min manat) olub.

İxracdan ən çox gəlir əldə olunan il 2022-ci il, ən az gəlirin əldə olunduğu il isə 2020-ci il olub. 2020-ci ildə 13 mlrd. 740 mln. 567.63 min dollar (23 mlrd. 358 mln. 964.97 min manat) dəyərində, 2022-ci ildə isə 38 mlrd. 146 mln. 629.67 min dollar (64 mlrd. 848 mln. 270.4 min manat) dəyərində məhsul ixrac olunub.

Son 5 ildə idxala ən çox pul xərclədiyimiz il isə 2024-cü il olub. Belə ki, ötən il 21 mlrd. 058 mln. 044.06 min dollar (35 mlrd. 798 mln. 675 min manat) dəyərində məhsul idxal olunub. 2020-ci il isə 10 mlrd. 730 mln. 720.22 min dollarla (18 mlrd. 242 mln. 224.4 min manat) idxala ən az vəsait xərclənən il olaraq qeydə alınıb.

Xarici ticarət dövriyyəsində ən yüksək məbləğdə saldonun qeydə alındığı il 2022-ci il olub. Həmin ildə 23 mlrd. 606 mln. 771.14 min dollar (40 mlrd. 131 mln. 511 min manat) xarici ticarət saldosu qeydə alınıb. Qeyd edək ki, həmin ildə xarici ticarət dövriyyəsi 52 mlrd. 686 mln. 488.20 min dollar (89 mlrd. 567 mln. 030 min manat) olub ki, bunun da 38 mlrd. 146 mln. 629.67 min dolları (64 mlrd. 848 mln. 270.4 min manat) ixracın, 14 mlrd. 539 mln. 858.53 min dolları (24 mlrd. 717 mln. 759.5 min manat) idxalın payına düşüb.

Bundan əlavə Azərbaycanın 2020-ci ildə dünyanın 183 ölkəsi ilə, 2021-ci ildə 188, 2022-ci ildə 185, 2023-cü ildə 193, 2024-cü ildə isə 180 ölkəsi ilə ticarət əlaqələri olub. 

Sözügedən dövrlərdə ən çox məhsul ixrac edilən ölkə İtaliya, ən çox məhsul idxal olunan ölkə isə Rusiya və Çin olub. Rusiya 2024-cü il istisna olmaqda geri qalan 4 ildə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə olub. 

2020-ci ildə 3 045 çeşid, 2021-ci ildə 3 386 çeşid, 2022-ci ildə 3 737 çeşid, 2023-cü ildə 3 524 çeşid, 2024-cü ildə isə 3 444 çeşid məhsul ixrac edilib. 

İdxal məhsullarına gəldikdə isə, 2020-ci ildə 7 515 çeşid, 2021-ci ildə 7 440 çeşid, 2022-ci ildə 7 831 çeşid, 2023-cü ildə 7 704 çeşid, 2024-cü ildə isə 7 774 çeşid məhsul idxal edilib. 

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin