
Azərbaycan və Gürcüstan arasında investisiya axını: Artan sərmayələr, azalan yatırımlar
Ötən il Gürcüstanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyalarının həcmi 35 milyon 357 min ABŞ dolları olub.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilə nisbətən 4 milyon 291 min ABŞ dolları və ya 10,8% azalıb. 2023-cü ildə bu rəqəm 39 milyon 648 min ABŞ dolları idi.
Gürcüstandan yatırılan investisiyalar ümumi xarici investisiya həcminin 0,5%-ni təşkil edib.
Eyni zamanda Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 165 milyon 46 min ABŞ dolları sərmayə qoyub. Bu, əvvəlki illə müqayisədə 77 milyon 809 min ABŞ dolları və ya 1,9 dəfə çoxdur. 2023-cü ildə bu rəqəm 87 milyon 237 min ABŞ dolları idi.
Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi isə 9,4%-ə bərabər olub.
Ümumilikdə, 2024-cü ildə Azərbaycana birbaşa xarici investisiyalar 7 milyard 46 milyon ABŞ dollarına çatıb və 5,83% artıb. Bununla yanaşı, xaricə yönəldilmiş Azərbaycan investisiyalarının həcmi 1 milyard 762 milyon ABŞ dollarına enərək 43,3% azalıb.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay