
Azərbaycanın Yaponiyaya sərmayələri 9 dəfəyə yaxın artıb
Ötən il Yaponiyanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyalarının həcmi 241 milyon 482 min ABŞ dolları olub.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilə nisbətən 35 milyon 791 min ABŞ dolları və ya 12,9% azalıb. 2023-cü ildə bu rəqəm 277 milyon 273 min ABŞ dolları idi.
Yaponiyadan yatırılan investisiyalar ümumi xarici investisiya həcminin 3,4%-ni təşkil edib.
Eyni zamanda Azərbaycan ötən il Yaponiya iqtisadiyyatına 25 milyon 410 min ABŞ dolları sərmayə qoyub. Bu, əvvəlki illə müqayisədə 21 milyon 773 min ABŞ dolları və ya 6,98 dəfə çoxdur. 2023-cü ildə bu rəqəm 3 milyon 637 min ABŞ dolları idi.
Birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi isə 1,4%-ə bərabər olub.
Ümumilikdə, 2024-cü ildə Azərbaycana birbaşa xarici investisiyalar 7 milyard 46 milyon ABŞ dollarına çatıb və 5,83% artıb. Bununla yanaşı, xaricə yönəldilmiş Azərbaycan investisiyalarının həcmi 1 milyard 762 milyon ABŞ dollarına enərək 43,3% azalıb.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay