
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - TOP 5
Fevral ayında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 4 milyard 43 milyon 887 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə Aİ ölkələrinə ixracın həcmi 3 milyard 556 milyon 892 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 74,62%-ni təşkil edir.
Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 2 milyard 526 milyon 687 min ABŞ dolları (ümumi ixracın 52,86%-i) idi. Beləliklə, illik müqayisədə Aİ ölkələrinə ixrac 1 milyard 30 milyon 205 min ABŞ dolları artıb.
İdxala gəlincə, cari ilin fevralında Aİ ölkələrindən idxalın həcmi 486 milyon 995 min ABŞ dolları olub. Bu, ümumi idxalın 11,77%-nə bərabərdir. Ötən ilin fevralında isə bu göstərici 357 milyon 903 min ABŞ dolları (ümumi idxalın 14,63%-i) olub. İllik idxal dəyərində Aİ ölkələri üzrə 129 milyon 92 min ABŞ dolları həcmində artım qeydə alınıb.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay