BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67552

"Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla birləşdirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsindədir".

Bunu açıqlamasında layihə rəhbəri Osman Beserek bildirib.

Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq: "Layihənin icrası beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi hesab olunur".

O. Beserek vurğulayıb ki, bu marşrut mövcud BTQ dəmir yolu xəttinə alternativ kimi nəzərdə tutulub və Orta Asiya ilə Avropa arasında sərnişin daşımalarının müddətini 18 gündən 12 günə endirəcək. Onun sözlərinə görə, layihə çərçivəsində Türkiyə ərazisində 5 stansiya inşa ediləcək: Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu: "Əlavə stansiyaların tikintisi ilə bağlı təkliflər hazırlanır. Hazırda əsas işlər İğdır şəhərində aparılır".

O bildirib ki, Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin uzunluğu 224 kilometrə yaxın olacaq: "Tikinti üçün bir neçə baza qurulacaq, onlardan biri artıq İğdır şəhərində inşa edilir. Burada işlər sürətlə davam edir və yekunlaşdıqdan sonra dəmir yolu xəttinin tikintisinə start veriləcək".

Layihə rəhbəri əlavə edib ki, layihə tam elektrikləşdirilmiş və siqnallaşdırılmış ikizolaqlı dəmir yolu xəttini əhatə edir və 5 il ərzində tamamlanması planlaşdırılır. Layihə çərçivəsində 3 viyadük inşa ediləcək (ümumi uzunluğu təxminən 2 800 metr), 5 tunel tikiləcək (ümumi uzunluğu 11,3 km), 10 körpü, 480 menfez, 145 alt keçid, 27 üst keçid, 19 açılıb-bağlanan keçid inşa olunacaq. Bununla yanaşı, bir çox ərazidə torpaq möhkəmləndirmə və qazma-doldurma işləri aparılacaq: "Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməklə kifayətlənmir, eyni zamanda qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcək".

O. Beserek qeyd edib ki, Qars-İğdır-Dilucu layihəsinin davamı olaraq Naxçıvan bölgəsində Vəli Dağı və Ordubad arasında mövcud olan 177 km-lik dəmir yolu xətti yenidən qurulacaq: "Hazırda təkzolaqlı olan bu xəttin ikizolaqlıya çevrilməsi nəzərdə tutulub. Daha sonra Zəngəzur dəhlizində sıfırdan 45 km-lik yeni bir dəmir yolu xətti inşa ediləcək. Bundan əlavə, Ağbənd-Füzuli-Horadiz xəttində 110 km-lik marşrutun 85 km-i artıq tamamlanıb və tikinti işləri davam edir. Artıq Horadiz-Bakı xətti fəaliyyət göstərir, bu isə layihənin Azərbaycanın əsas nəqliyyat şəbəkəsinə birbaşa inteqrasiyasını təmin edəcək".

Onun sözlərinə görə, Qars-İğdır-Naxçıvan dəmir yolu xətti istifadəyə verildikdən sonra burada saatda 160 km sürətlə hərəkət edən qatarlar işləyəcək: "Beləliklə, bu qatarlar təkcə Azərbaycan və Türkiyə arasında ticarət yükünü deyil, həm də insanların ümidini və qlobal bazarların ehtiyaclarını daşıyacaq".

©report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə Azərbaycandan neft ixracını 2 dəfədən çox artırıb

Azərbaycandan neft alışını kəskin azaldan ölkələr

Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu

Qızıl hasilatı 81%-dən çox artıb

"OpenAI" il sonunadək kommersiya yönümlü quruma çevrilməsə...

BOKT-ların xalis mənfəəti 2 dəfədən çox artıb - Hesabat

Fransa ilə iqtisadi əlaqələrin 2024-cü il icmalı

Məşhur geyim brendi modellərin rəqəmsal klonlarını yaratmağı düşünür

Tikinti şirkətinin rəhbəri həbs olunub

Azərbaycan Danimarkaya investisiyalarını 7 dəfədən çox artırıb

Ötən il neft ixrac etdiyimiz 25 ölkə - Siyahı

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb: Qiyməti nə qədərdir?

Neftimiz ucuzlaşmaqda davam edir

Bu həftə ən çox axtarılan 20 kriptovalyuta

İlon Mask "X" və "xAI" şirkətlərini birləşdirdi

Yer kürəsində su ehtiyatları sürətlə azalır

Yer kürəsində su ehtiyatları sürətlə azalır

Borcla böyümə: qlobal iqtisadiyyatın zərif balansı - SƏHƏR OXUSU

Bir gecədə yoxsullaşanlar: İqtisadiyyatın dağıldığı an

BP Avstriyadakı aktivlərini də satmağa hazırlaşır

Kredit faizlərinin ən yüksək olduğu rayonlar - Siyahı

Azərbaycan İsrailə neft ixracını 50 %-ə yaxın azaldıb

Qrenlandiya partiyaları Trampın təzyiqi fonunda yeni hökuməti elan ediblər

Məşhur film şirkəti iflasa uğradı

ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib

"iPhone" istifadəçiləri üçün "WhatsApp"da yeni funksiya

Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

"Meta"dan nostalji yaradan addım - "Facebook"un bu özəllikləri geri dönür

Mehman Veysəlov onları müdir təyin edib

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin