
40 milyon söhbət analiz edildi - "Chatgptdən" narahatlıq doğuran proqnoz
Massachusetts Institute of Technology (MIT) və “OpenAI” tərəfindən aparılan genişmiqyaslı araşdırmalar süni intellektlə ünsiyyətin düşündüyümüz qədər faydalı olmadığını üzə çıxarıb.
Valyuta.az xəbər verir ki, “OpenAI”nin keçirdiyi tədqiqat çərçivəsində 40 milyondan çox “ChatGPT” dialoqu analiz edilib. MIT isə bu nəticələri müxtəlif psixoloji testlərlə dəyərləndirib. Araşdırmalar göstərib ki, bu texnologiyaya gündəlik həyatında sıx şəkildə yer verən şəxslərin real sosial əlaqələri zəifləyir, emosional bağlılıq süni ünsiyyətə yönəlir.
Mütəxəssislər bildirir ki, istifadəçilər “ChatGPT”yə emosional baxımdan yaxınlıq hiss etdikcə, insanlarla qurulan təbii ünsiyyətə olan ehtiyaclarını arxa plana keçirirlər. Qeyd olunur ki, bu vəziyyət zamanla emosional izolyasiyaya səbəb ola bilər. Eyni zamanda “ChatGPT” kimi söhbət alətlərindən tez-tez istifadə edən şəxslər zamanla özlərini daha yalnız və sosial baxımdan təcrid olunmuş hiss etməyə başlayırlar.
Tədqiqatda maraqlı bir detal da ortaya çıxıb: səsli rejimdə (yəni ChatGPT ilə danışaraq istifadə) bu emosional bağlılıq müəyyən qədər azalır. Süni intellektin neytral və şəxsiyyətsiz tonla danışması, istifadəçinin ona emosional reaksiya verməsini çətinləşdirir.
Araşdırma nəticələri hələlik rəsmi elmi nəşrlərdə dərc edilməsə də, mütəxəssislər bu ilkin nəticələrin süni intellektin psixoloji təsirlərini öyrənmək baxımından mühüm əsas yaradacağını bildirirlər.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay