BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
67472

ABŞ prezidenti Donald Tramp ilə bu həftə keçirilən görüşdən sonra BƏƏ ABŞ iqtisadiyyatına 10 il ərzində 1,4 trilyon dollar dəyərində sərmayə yatırmağı öhdəsinə götürüb. 

Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda bildirilib ki, bu sərmayələr süni intellekt infrastrukturu, yarımkeçiricilər, enerji və istehsalat sahələrini əhatə edəcək.

BƏƏ-nin sərmayələrinin necə 1,4 trilyon dollara çatdırılacağı açıqlanmayıb. Bəyan edilən bəzi razılaşmalar isə artıq əvvəlcədən elan edilmiş layihələrin bir hissəsidir.

Verilən məlumata görə, tamamilə yeni olan yeganə layihə "Emirates Global Aluminium" şirkətinin ABŞ-də son 35 ildə ilk dəfə olaraq yeni alüminium 
zavodunun inşasına yatıracağı sərmayədir.

Bu zavodun ABŞ-nin daxili alüminium istehsalını ikiqat artıracağı qeyd olunub.

Əbu-Dabinin 330 milyard dollarlıq "Mubadala" fondu da daxil olmaqla, Körfəz ölkələrinin suveren sərvət fondları artıq ABŞ-də böyük investorlardır. Tramp və onun ailəsinin isə regionla biznes əlaqələri mövcuddur.

Yanvar ayında Tramp Səudiyyə Ərəbistanını ABŞ iqtisadiyyatına – o cümlədən hərbi texnika alışına – dörd il ərzində 1 trilyon dollardan çox sərmayə yatırmağa çağırmışdı. Bu ay isə o, ilk xarici səfərini investisiya sazişi bağlamaq məqsədilə Körfəz ölkəsinə edəcəyini ehtimal etdiyini bildirmişdi.

Sözügedən saziş bu və ya növbəti ay baş tuta bilər. Bu isə Səudiyyə Ərəbistanının – ərəb dünyasının ən böyük iqtisadiyyatının – ABŞ-nin xarici siyasətində daha fəal rol almağa başladığı bir dövrə təsadüf edir. Gələn həftə Körfəz ölkəsində ABŞ və Rusiya nümayəndələrinin də iştirak edəcəyi Ukrayna ilə bağlı diplomatik danışıqlar keçiriləcək.

Ağ Evdən həmçinin bildirilib ki, BƏƏ ilə bu razılaşma Trampın milli təhlükəsizlik müşaviri şeyx Tahnun bin Zayid Əl Nəhyan ilə "Oval kabinet"də keçirdiyi görüş və vitse-prezident Cey-Di Vansın ABŞ nazirlərinin iştirakı ilə təşkil etdiyi şam yeməyi nəticəsində əldə olunub. Həmin görüşlərdə BƏƏ-nin aparıcı suveren sərvət fondlarının və şirkətlərinin rəhbərləri iştirak ediblər.

Cümə günü önə çıxarılan tərəfdaşlıqlardan biri şeyx Tahnunun sədrlik etdiyi BƏƏ-nin "ADQ" fondunun ABŞ-nin "Energy Capital Partners" adlı özəl kapital firması ilə enerji infrastrukturu və məlumat mərkəzlərinə yönəlmiş 25 milyard dollarlıq layihə üzrə əməkdaşlığı olub. Bu razılaşma iki gün əvvəl elan edilmişdi.

Eyni zamanda, ötən ilin noyabrında yaradılan və BƏƏ-nin dövlət neft şirkəti "ADNOC"yə məxsus beynəlxalq sərmayə qolu olan "XRG" şirkətinin ABŞ-də təbii qaz hasilatı və ixracını dəstəkləmək məqsədilə Texasdakı "NextDecade" LNG ixrac müəssisəsinə qoyduğu sərmayə də daha əvvəl – Baydenin prezidentliyi dövründə – ictimaiyyətə açıqlanmışdı.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

DSMF-nin İdarə heyətinin sədrinə müşavir təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin