BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9277
  • RUB
    2.0509
  • TRY
    0.0444
  • GBP
    2.256
67376

"Google" reklam bloklayıcıları təsirsiz hala gətirmək üçün "Chrome"dan kənar brauzerlərdə "YouTube" videolarının izlənməsini demək olar ki, mümkünsüz edib.

Valyuta.az xəbər verir ki, ıgər indiyə qədər brauzerinizdə reklam bloklayıcını aktiv edərək "YouTube"da rahatlıqla video izləyirdinizsə, artıq bu proses sizin üçün çətinləşə bilər. Belə ki, "YouTube" videonun göstərilməsini dayandıraraq ekranınıza böyük xəbərdarlıq banneri yerləşdirir və sizi bu cür bloklayıcılardan imtina etməyə çağırır. Bu xəbərdarlıq, istifadəçiləri ya reklam bloklayıcını söndürməyə, ya da ödənişli abunə xidməti olan "YouTube Premium"a keçməyə təşviq edir.

"Google" banner vasitəsilə açıq mesaj verir: "Reklam bloklayıcıları "YouTube"un Xidmət Şərtlərini pozur". Bu, şirkətin yalnız istifadəçiləri "Premium"a yönləndirmək istəyini deyil, həm də reklam gəlirlərini qorumaq əzmində olduğunu göstərir. Daha maraqlısı isə "Google"ın reklam bloklayıcılara qarşı yeni texnologiya üzərində işləməsidir. Bu yenilik sayəsində reklamlar birbaşa videoların içərisinə yerləşdiriləcək və reklam bloklayıcı proqramlar onları aşkar edə bilməyəcək.

Bu, "YouTube" və "Google" ətrafında baş verən ilk mübahisə deyil. 2023-cü ildə "Google" "Firefox" brauzerində "YouTube"un qəsdən yavaşladılması ilə bağlı iddialarla üzləşmişdi. Lakin şirkət bu iddiaları qəti şəkildə təkzib etmişdi. Bir neçə ay sonra eyni məsələ yenidən gündəmə gəldikdə, bu dəfə problem "Adblock" əlavəsinin özündən qaynaqlandığı etiraf olunmuşdu. Bundan başqa, "Reklamı keç" düyməsinin bilərəkdən gizlədildiyi ilə bağlı iddialar da ortaya çıxmış, lakin "Google" bu məsələdə də günahsız olduğunu bildirmişdi.

Bu gün "Google" reklam bloklayıcıları aşkar etmək üçün daha inkişaf etmiş metodlardan istifadə edir. Xüsusilə, "Opera" və "Firefox" brauzerlərində reklam bloklayıcının mövcudluğundan şübhələndikdə, brauzerə fərqli sorğular göndərərək video izləməni çətinləşdirir. Artıq "YouTube" reklam bloklayıcının söndürüldüyünü təsdiqləmədən istifadəçilərə məzmun göstərmir. Bu isə video izləmə prosesini daha mürəkkəb və narahat edici hala gətirir.

Əgər hazırda brauzerinizdə reklam bloklayıcıdan istifadə edirsinizsə, "YouTube"un videonu dərhal dayandırması ilə qarşılaşa bilərsiniz. Bu halda ekranda "Qaydaları pozmusunuz" mesajı olan bir banner görmək qaçılmazdır. Görünən odur ki, "Google"ın bu strategiyası ilə reklam bloklayıcıların dövrü sürətlə başa çatır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkətin 765 399 manat vergi borcu üzə çıxdı

Ərdoğan Azərbaycana səfər edəcək

Almaniya iqtisadiyyatında böyümə ümidi yoxdu - Artım gözlənilmir

Dövlət qurumuna məxsus 5 avtomobil hərracda satıldı

"Bitcoin" aylar sonra 95 min dolları keçdi

İstanbul yenə silkələndi

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

Bu sahibkara xəbərdarlıq edildi

117 milyon manatdan çox vəsait fərdi hesablarda əks olunmayıb

"Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir

200 manatlıq şirkət qurdu - 100 mindən çox borcu var

Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin