BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
67358

Qrip virus mənşəli, tənəffüs yollarına təsir edən kəskin infeksion xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə xüsusilə, payız-yaz aylarında geniş yayılır. Qripin əsas simptomları üşütmə, halsızlıq, ümumi zəiflik, yüksək hərarət (38-40°C), baş, əzələ və boğaz ağrıları, öskürək, gözdə sulanma, burun tutulması və ya axmasıdır.

Qrip diaqnozunu dəqiqləşdirmək üçün həkim xəstəyə kliniki əlamətlərinə görə laborator müayinələr, PCR testi, burun-udlaq yaxması kimi müayinələr təyin edir.

İxtisaslı həkim müayinəsi, laborator müayinələr, burun-udlaq yaxması, PCR testi, ultrasəs müayinə (USM), rentgen, ambulator və stasionar müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Qripin müayinə və müalicəsi ilə bağlı bütün tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda həyata keçirilir.

İmmunitet sistemi zəif olan, ürək-damar və diabet kimi ağır xroniki xəstəlikləri olan şəxslər, yaşlı insanlar, uşaqlar və hamilə qadınlar risk qrupu hesab edilirlər. Risk qrupuna daxil olan şəxslərdə qripin fəsadları daha ağır olur. Vaxtında müalicə edilmədikdə, qripin arzuolunmaz nəticələr və müxtəlif ağırlaşmalar yaratması mümkündür.

Belə ki, ağırlaşmalar zamanı tənəffüs yollarındakı bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətlər yaranır. Qrip viruslarının immun sistemə mənfi təsiri nəticəsində yuxarı və aşağı tənəffüs yollarında ikincili bakterial ağırlaşmalar - stafilakok mənşəli ağciyər iltihabı (pnevmoniya: bu zaman irinli bəlğəm xaric olunur), sinusit (burun boşluqlarının iltihabı) və meningit baş verir.

Bu səbəbdən, yüksək hərarət 5-7 gündən çox davam etdikdə, temperatursalıcı dərmanların təsiri olmadıqda, davamlı qusma, güclü baş ağrıları, ürək ritminin pozulması, təngnəfəslik, boğulma halları, döş qəfəsində darlıq, pnevmoniya, bronxit kimi bakterial infeksiyaların inkişafı müşahidə edildikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Ağırlaşma hallarında stasionar müalicə (xəstəxanada yatış) təyin olunur. Qripin ağırlıq dərəcəsindən asılı olaraq stasionar müalicə 3-10 gün davam edə bilər. Daha ağır hallarda bu müddət uzana bilər.

Yeni fəslə keçid, hava temperaturunun qısa müddət ərzində kəskin dəyişməsi, bayram günləri səbəbindən ictimai yerlərdə yaranan sıxlıqlar mövsümi xəstəliklərin və qripin əhali arasında yayılmasını artıra bilər. Yoluxucu virus və infeksiyalardan qorunmaq üçün sıxlıq müşahidə olunan məkanlarda şəxsi gigiyena qaydalarına əməl etmək, olduğunuz məkanları tez-tez havalandırmaq, immuniteti gücləndirmək üçün bol vitaminli meyvə-tərəvəzlə qidalanmaq və sağlam həyat tərzi vərdişləri formalaşdırmaq tövsiyə olunur.

©Qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSMF-də yeni təyinat

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin