BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.9277
  • RUB
    2.0509
  • TRY
    0.0444
  • GBP
    2.256
67318

İlk qatlana bilən "iPhone"un qiymətinin 2300 dollar olacağı gözlənilir. 

Valyuta.az xəbər verir ki, Britaniyanın "Barclays" bankının analitiki Tim Lonqun araşdırmasına görə, bu model bazardakı digər qatlanan smartfonlardan daha bahalı olacaq və "Apple" tarixində ən yüksək qiymətə sahib telefon kimi təqdim ediləcək.

Lonqun proqnozuna əsasən, ilk qatlanan "iPhone" 2026-cı ilin sonu - 2027-ci ilin əvvəllərində satışa çıxacaq və onun qiyməti təxminən 2300 dollar olacaq. Bu isə "iPhone 16 Pro Max" modelindən iki dəfə bahadır, çünki onun əsas versiyasının qiyməti 1200 dollardan başlayır.

"Barclays" analitiki bu qiymətləndirməni Asiyaya son səfəri zamanı, istehsalçılarla görüşdükdən sonra təqdim edib. Onun sözlərinə görə, yüksək qiymət satış həcmini məhdudlaşdıra bilər, lakin "Apple" ekranda görünən qat izi olmadan innovativ dizayn təklif edə bilsə, bu modelə sabit tələbat yarana bilər.

Daha əvvəl digər analitik Min-Çi Kuo da qatlanan "iPhone"un qiymətini 2000-2500 dollar aralığında dəyərləndirmişdi. Gözləntilərə əsasən, bu model "Samsung Z Fold" kimi olacaq və 5,5 düymlük xarici, 7,8 düymlük daxili ekrana sahib olacaq. Bundan əlavə, "Apple"ın bu modeldə "Face ID" funksiyasından imtina edərək "Touch ID"yə keçəcəyi bildirilir.

Hazırda "Apple" mövcud smartfon formatından tam razıdır və qatlanan "iPhone"un "iPhone 17" və ya "iPhone 18" modelindən əvvəl təqdim ediləcəyi gözlənilmir.

Hazırda "Apple" bazarda qatlanan cihaz təklif etməyən yeganə texnologiya nəhənglərindən biridir. Bu arada "Samsung" yeddinci nəsil "Galaxy Z" modellərini təqdim etməyə hazırlaşır, "Huawei" isə daha da irəli gedərək dünyanın ilk üç dəfə qatlanan smartfonunu satışa çıxarıb.

Yeni "iPhone 17" modelləri barədə artıq bir sıra detallar məlumdur. Gözlənilir ki, bu seriyadakı bütün cihazlar təkmilləşdirilmiş 24 MP ön kamera və 120 Hz-lik ekranlarla təchiz olunacaq. Həmçinin, "Apple" gələcək modellərin dizaynında ciddi dəyişikliklər etməyi planlaşdırır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkətin 765 399 manat vergi borcu üzə çıxdı

Ərdoğan Azərbaycana səfər edəcək

Almaniya iqtisadiyyatında böyümə ümidi yoxdu - Artım gözlənilmir

Dövlət qurumuna məxsus 5 avtomobil hərracda satıldı

"Bitcoin" aylar sonra 95 min dolları keçdi

İstanbul yenə silkələndi

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

İş yerində təzyiqlə necə mübarizə aparmalı? - "Google"un baş icraçı direktoru sirri açıqladı

Bu sahibkara xəbərdarlıq edildi

117 milyon manatdan çox vəsait fərdi hesablarda əks olunmayıb

"Google" "Gemini"yə görə "Samsung"a milyonlarla avro ödəyir

200 manatlıq şirkət qurdu - 100 mindən çox borcu var

Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin