BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
67174

Xarici ölkə vətəndaşı Azərbaycanda şirkət açmaq istəyir. Onun üçün hansı vergi güzəştləri tətbiq olunur?

Valyuta.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi halda, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını Dövlət Vergi Xidmətinin saytında olan “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə etmək mümkündür.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə müvafiq olaraq, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı 1 iş günündən gec olmayaraq, sürətli elektron dövlət qeydiyyatı dərhal, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı isə 2 iş günündən gec olmayaraq həyata keçirilir.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 3.6-cı maddəsinə əsasən, vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq, vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. Hüquqi şəxslərlə bağlı güzəştlər Vergi Məcəlləsinin 106-cı maddəsində qeyd olunub.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər Nazirliyi Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSMF-də yeni təyinat

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin