BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
67042

Bir müddət əvvəl xərclərin optimallaşdırılması məqsədilə məktəblərin bağlanacağı xəbəri ölkədə ciddi müzakirələrə səbəb olumuşdu. Belə ki, Milli Məclisin plenar iclasındakı çıxışlarda təxminən 4 400 məktəbdən 1500-nin bağlanılmasının planlaşdırıldığı və bunun da bəzi kəndlərin boşalmasına səbəb olacağı bildirilmişdi.  

Elm və təhsil naziri Emin Əmrullayev müzakirələrə son qoymaq üçün rəsmi feysbuq səhifəsində sözügedən məsələyə aydınlıq gətirmişdi.

"Hazırda ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

Şagird sayı az olan məktəblərdə bir şagirdə düşən illik xərc olduqca yüksəkdir, lakin tədrisin keyfiyyəti aşağı səviyyədə qalır. Məsələn, 5 şagirdi olan bir məktəbdə hər şagird üçün illik xərc 25-27 min manat təşkil edir. Şagird sayı 10-15 nəfər olan məktəblərdə isə bu rəqəm 13-15 min manatdır ki, bu da bəzi özəl məktəblərin təhsil haqqından çoxdur.

Təhsilin keyfiyyətini artırmaq və dayanıqlı təhsil imkanları yaratmaq üçün azkomplektli məktəblərin rasionallaşdırılması mərhələli şəkildə həyata keçirilir" - deyə o qeyd etmişdi. 

Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, ötən il xərclərin optimallaşdırılması məqsədi ilə ölkəmizdə ümumilikdə 39 məktəb ləğv edilib, 25-i yaradılıb və 4 məktəbin tipi dəyişdirilib. Bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.

Belə ki, 2024-cü ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 292, 333, 334, 335, 337 nömrəli tam orta məktəblər, Abşeron-Xızı Xırdalan Regional Təhsil İdarəsinin tabeliyində Xırdalan şəhər 11 nömrəli tam orta məktəbi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Şəmkir rayonu Günəşli kənd tam orta məktəbi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Samux rayonu Seyidlər kənd tam orta məktəbi yaradılıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəbi Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilib, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi Humanitar fənlər təmayüllü liseyə çevrilib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu Çərtgün kənd ibtidai məktəbi, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2 nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğv edilib.

Ümumilikdə, 2024-cü ildə 39 məktəb ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin