BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
66970

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, Azərbaycanda 3 və daha artıq uşaqlı ailələrin sayı getdikcə azalır. Onun sözlərinə görə, dövlət çoxuşaqlı ailələrə dəstək göstərir, lakin ailənin çoxuşaqlı statusu alması üçün 5 və 5-dən çox uşaq olması nəzərdə tutulur. 

T.İbrahimova qeyd edib ki, gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarlar gözdən keçirilməlidir.

Statistik məlumatlar da sübut edir ki, son 15 ildə beş və daha çox uşaqlı ailələrin sayında kəskin azalma müşahidə olunur. 

Belə ki, Dövlət Statistika Komitəsinin 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, beş və daha çox uşaqlı ailə təsərrüfatlarının sayı 37 min 319-dur. Onlardan 23 min 150-si beşuşaqlı, 9 min 332-si altıuşaqlı, 6 min 837-si isə yeddi və daha çox uşaqlı ev təsərrüfatı ailələridir. Üçuşaqlı ev təsərrüfatlara gəlincə, bu kateqoiyaya daxil olan 132 min 957 ailə var. Həmçinin, son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ev təsərrüfatı var. 

Hazırkı qanuna görə, Azərbaycanda beşuşaqlı ailələr çoxuşaqlı ailə sayılsa da, bir çox ölkələrdə çoxuşaqlı ailə üç uşağı olan ailə hesab olunur. Onlardan biri Rusiyadır. Rusiyada çoxuşaqlı ailələr üçün vergi güzəştləri, ipoteka kreditinin ödənməsi üçün vəsait verilməsi, erkən pensiya hüququ, pulsuz torpaq payın ayrılması, pul ödənişləri və digər imtiyazlar nəzərdə tutulur.

Fransada "Böyük ailə" adlanan dövlət proqramı çərçivəsində çoxuşaqlı ailələrə vergi güzəştləri və subsidiyalar təqdim olunur. Dörd uşaqlı ailələr demək olar ki, vergi ödəmir.

İsveçdə çoxuşaqlı ailələrə müavinət verilir və uşaqların sayından asılı olaraq müavinət məbləği artır. Eyni zamanda, belə ailələrə ərzaq məhsulları üçün xüsusi talonlar verilir və dövlət çoxuşaqlı ailələrin məktəbəqədər müəssisələr üçün nəzərdə tutulmuş xərclərini özü ödəyir.

Almaniyada da 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı sayılır. Həmin ailələr üçün subsidiyalar və vergi güzəştləri mövcuddur.

Ölkəmizdə isə çoxuşaqlı ailə anlayışının 5-dən 3-ə endirilməsi son illərdir müzakirə mövzusudur. Qeyd edək ki, 2019-cu ilin məlumatına əsasən Azərbaycanda 256 min 261 üçuşaqlı ailə təsərrüfatı var. Belə olan halda, 200 mindən çox uşaq müavinət ala biləcək. Bu da həmin ailələrin sosial rifahının yaxşılaşmasında böyük rol oynayacaq.

Xatırladaq ki, hazırda Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar Azərbaycanda ən çox uşağı olan ailə hesab olunur. Ailənin 17 övladı var. İsgəndərovlar ailəsində ən böyük övlad olan Yunis 25 yaşındadır, ən kiçik uşaq olan İnci isə 1 yaş yarımlıqdır. Ailənin başçısı Taleh İsgəndərov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. 17 uşaq dünyaya gətirən ana Tünzalə İsgəndərovanın ali təhsili yoxdur.

©sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin