BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
66510

Muzdlu işçi olmadan fərdi qaydada bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. Qanunvericiliyə əsasən, həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdırlar.

Valyuta.az xəbər verir ki, mövzunu “vergiler.az”a şərh edən “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə bildirib ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər üçün aylıq 15 manat məbləğində sadələşdirilmiş vergi məbləği müəyyən edilib. Məcəllənin 220.11-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği, fəaliyyət göstərilən yerdən asılı olaraq, aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində -1,0;

- Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5.

Bununla belə, ödənilməli məcburi dövlət sosial sığorta haqqının hesablanması üçün minimum aylıq əməkhaqqının (yəni, 400 manat) 3 faizi miqdarında aylıq məcburi dövlət sosial sığorta haqqının məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

- Digər şəhər və rayonlarda – 1,0.

İcbari tibbi sığortaya gəldik də isə ölkənin bütün şəhər, rayon və kəndlərində minimum aylıq əməkhaqqının 4%-i miqdarında ödəniş həyata keçirilməlidir.

Misal: Bakı şəhərində fəaliyyət göstərən bərbər aşağıdakı qaydada ödənişləri həyata keçirərək sabit qəbz əldə edə bilər:

Sadələşdirilmiş vergi: 15 x 2 = 30 manat;

MDSS: (400 x 3%) x 2 = 24 manat;İcbari tibbi sığorta haqqı: 400 x 4% = 16 manat;

Cəmi: 30 + 24 + 16 = 70 manat.

Bununla yanaşı, bərbər fəaliyyəti göstərmək üçün obyektin fiziki şəxsdən icarəyə götürüldüyü halda, Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına uyğun olaraq, icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və vergi orqanına bəyan edilir. Məsələn, əgər həmin şəxs aylıq 500 manata icarəyə obyekt götürüb fəaliyyət göstərirsə, 70 manat ödəmə mənbəyində vergi ödəməlidir:
500 x 14% = 70 manat.

Yuxarıda qeyd olunan ödənişlər həyata keçirilmədiyi halda, sabit qəbz almadan fəaliyyət göstərən bərbərə Vergi Məcəlləsinin 58.12-ci maddəsinə əsasən hesablanan "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 40 faizi miqdarında;

- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə isə 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, obyekt qeydiyyata alınmadığı halda Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bərbər nəzarət-kassa aparatı olmadan fəaliyyət göstərə bilər.

Nağdsız ödənişlər üçün POS-terminaldan istifadəyə gəldikdə, bununla bağlı qanunvericilikdə dəqiq tələb qoyulmayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar üçün obyektlərin müəyyənləşdirilməsi meyarları”nın müəyyən edilməsi haqqında” Qərarına əsasən, rüb üzrə orta aylıq subyekt dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfatlarına (obyektlərinə) POS-terminal quraşdırılmalıdır. Bərbərlər dövriyyəyə görə vergi ödəmədiyi üçün onun rüblük dövriyyəsini hesablamaq və sübut etmək çətindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

DSMF-nin İdarə heyətinin sədrinə müşavir təyin edildi

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

II və III qruplarda ən yüksək balı onlar topladılar - ADLARI

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edildi

Maskın sərvəti 8 milyard insan arasında bölünsəydi, hərəyə nə qədər düşərdi?

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Sabahın hava proqnozu

70 manatlıq sənədin biznesmenlərə qazandırdığı üstünlüklər

Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Rusiyanın yeni milyarderi kimdir?

Rusiyanın yeni milyarderi kimdir?

İpoteka və Kredit Zəmanət Fondunda yeni TƏYİNAT

Mərkəzi Bank uçot dərəcəsini 7,25% həddində saxladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin