
03.03.2025 / 17:39
“Hicaz Dönər” adına görə cərimələndi
66305
Bakıda məşhur dönərxana şəbəkəsi cərimələnib.
Valyuta.az-ın məlumatına görə, Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ticarət nişanı “Hicaz Dönər” olan və Nəsimi rayonu ərazisində yerləşən dönərxana barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib.
İş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, “Hicaz Dönər” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq olmadan reklam yerləşdirilməsi faktı aşkar olunub.
Obyektin sahibi sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 manat cərimə tətbiq edilib.
Sabiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay