
B.Britaniya Ukraynaya növbəti yardım paketini ayırıb
Böyük Britaniya və Ukrayna, Kiyevin müdafiə imkanlarını dəstəkləmək məqsədilə 2,74 mlrd. avro dəyərində maliyyə yardımı nəzərdə tutan kredit sazişi imzalayıb.
Valyuta.Az xəbər verir ki, paytaxt Londonda bir araya gələn Böyük Britaniyanın baş naziri Kir Starmer və Ukrayna prezidenti Volodimir Zelenski imzalanma mərasimindən sonra görüş keçiriblər.
Mərasimdə, baş nazir Starmer və prezident Zelenski’nin qatıldığı tədbirdə, Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz və Ukraynanın maliyyə naziri Sergei Marçenko 2,74 mlrd. avro dəyərində maliyyə yardımı nəzərdə tutan kredit sazişinə imza atıblar. Bildirilib ki, bu maliyyə yardımının geri ödənişi dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına həyata keçiriləcək.
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz bildirib: "Bu saziş, Böyük Britaniyanın Ukrayna xalqına sarsılmaz dəstəyinin bir hissəsidir." O, əlavə edib ki, bu kredit, Britaniyanın Ukraynaya illik əsasda ayırdığı 3 mlrd. funt sterlinq dəyərindəki maliyyə dəstəyinə əlavə olaraq təqdim edilib.
Reyçel Rivz qeyd edib ki, maliyyə yardımı Ukraynanın ərazi bütövlüyünün qorunmasına kömək etməklə yanaşı, bütövlükdə Avropanın təhlükəsizliyi və rifahının möhkəmləndirilməsinə xidmət edəcək.
Onlayn iştirak edən Ukraynanın maliyyə naziri Sergei Marçenko isə bu "çox vacib" sazişin imzalanmasından ötrü ölkəsinin böyük minnətdarlıq hissi keçirdiyini bildirib.
Zelenski Oval kabinetdə ABŞ prezidenti Donald Trump və vitse-prezident Cey Di Vens ilə yaşanan gərginlikdən sonra Böyük Britaniyaya gedib və baş nazir Kir Starmer tərəfindən səmimi qarşılanıb. Starmer görüş zamanı Britaniyanın Ukraynaya və Zelenskiyə tam dəstək verdiyini bir daha bəyan edib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay