
28.02.2025 / 17:30
Bu qurumun 1,4 milyon borcu var - Rəhbərinə "stop" qoyulur
66161
"Bakı 1 №-li Yol İstismarı" MMC-nin direktoru Zaur Həmzəyevin külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az Qaynarinfo-a istinadən xəbər verir ki, hazırda Zaur Həmzəyev Oktay oğlunun rəhbəri olduğu MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.343.661,89 manat vergi borcu yaranıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən borcun ödənilməsi ilə bağlı Zaur Həmzəyevə xəbərdarlıq edilib. Onun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə də müraciət olunub.
Qeyd edək ki, Zaur Həmzəyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay