
“A-Group” sığorta şirkəti yığımlarını artırdı, ödənişlərini isə 36% azaltdı
“A-Group” ASC 2025-ci ilin yanvarında 2 milyon 72 min manat sığorta haqqı toplayıb.
Valyuta.az xəbər verir ki, bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 98% çoxdur.
Ötən ilin yanvarında şirkətin topladığı sığorta haqqlarının həcmi 1 milyon 46 min manat təşkil edib.
2025-ci ilin yanvar ayında şirkətin ödənişlərinin həcmi 568 min manat olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,8% və ya 331 min manat azdır.
2024-cü ilin yanvarında şirkətin ödənişlərinin həcmi 899 min manat olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 47,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,8 % çoxdur. Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,1 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 27,9 manat olub.
©Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay