
Bizi məhv edən uğursuzluq qorxusu – Necə qalib gəlmək olar? - SƏHƏR OXUSU
Bir gün kimsə sizə “həyatda uğur qazanırsınızmı” sualını versə idi, sizin ona cavabınız nə olardı?
Lakin indi tez-tez uğur qazanmadıqlarını, uğursuzluğa düçar olduğunu deyən insanlara rast gəlirik. Sakit bir yerə çəkilin və özünüzə sual verin, soruşun ki, uğur qazanmağınızı əngəlləyən nədir?
Düzdür, bu suala cavab tapmaq bir az zamanınızı alacaq, amma sonunda problemin nə ilə bağlı olduğunu tapacaqsınız.
Bəzən insan bir işə başlayarkən ilk olaraq mənfi düşünməyə başlayır, işdə uğur qazanmayacağından qorxur. Lakin elə ilk səhv buradan başlayır.
Həqiqət odur ki, insan hansı sahədə olur-olsun, ilk olaraq özünə inanmalı, pzoitiv düşünməlidir. Bu ssenari çox adama tanış gəlməmiş olmaz. İlk olaraq həyatda uğurlu olmaq istəyirsinizsə, əvvəlcə özünüzə inanmağı öyrənməlisiniz.
Uğurlu olacağınıza özünüz inanmazsanız, kim inanacaq ki?
Etdiyiniz səhvlər sizə bir şeylər öyrədəcək və istədiyinizi əldə etməyin daha yaxşı yollarını göstərəcək.
Valyuta.az sizə uğur qazanmaqla bağlı yaşadığınız qorxuları aşmağa, özünə inama sahib olmağa kömək edəcək bir neçə məsləhəti təqdim edir:
Pozitiv olun
Mənfi düşüncəli insanlardan uzaq durun və həyatınızdakı mənfi sütuasiyaları ən azından yarıya endirin. Hər gün şükür edin, həyatınızdakı müsbət hadisələrin hamısını yazın və düşüncəli olun. Bunları etdiyiniz zaman mənfi düşüncəniz, yanaşmanız azalmağa başlayacaq.
Daim özünüzdən daha böyük bir şeyin parçası olduğunuzu unutmayın
Biz qeyri-müəyyənlikdən və ətrafımızda baş verənlərə nəzarəti itirməkdən qorxuruq və həyatımızın məqsədinin nə olduğu barədə düşünürük. Daha böyük bir mənzərənin bir parçası olduğunuzu başa düşsəniz, xoşbəxt və uğurlu olmağa layiq olduğunuzu öyrənmək daha asan olur.
Əgər düzgün işlər görür, ətrafınızdakı insanlara kömək edirsinizsə, prioritetiniz yaxşı insan olmaqdırsa və bunun təkcə özünüzlə bağlı olmadığını, həm də bir hissəsi olduğunuz böyük mənzərə ilə bağlı olduğunu bilirsinizsə, bunlar sizi yeni bir şey sınamağa təşviq edəcək və uğur qazandığınıza inandıracaq.
Öz həqiqətinizi tapmaq üçün vaxt ayırın
Şübhəsiz ki, sahib olduğunuz bir çox şey var və etməli olduğunuz şeyi ən yaxşı şəkildə edirsiniz. Amma özünüz kim olduğunuzu bilirsinizmi? Sizi xoşbəxt edən şeyləri bilirsinizmi?
Həyatınız haqqında dərindən düşünmək və bu dünyadakı məqsədinizin nə olduğunu tapmaq üçün vaxt ayırırsınızmı?
Təəssüf ki, çoxumuz həyatdan zövq almağı unudacaq qədər məsuliyyətlərlə və məqsədlərlə məşğul oluruq.
Nə qədər məşğul olmağınızın heç bir əhəmiyyəti yoxdur. Özünüzə vaxt ayırmalısınız. Gündə yalnız 10 dəqiqə olsa da, bu vaxt yalnız sizə aid olmalıdır. Özünüzə vaxt ayırdığınız zaman, qalan məsuliyyətlərinizin asanlaşdığını anlayacaqsınız.
Daha yaxşı bir valideyn olacaqsınız. İşdə ikən yaradıcı ideyalarınız olacaq. Sağlığınıza daha çox diqqət edəcəksiniz. Stressinizi azaldacaqsınız və həyat sevincini yaşamağa başlayacaqsınız.
Uğur kitabxanası yaradın
Bəzən özümüzə inamımızı itirdikdə, doğru istiqamətə getmək üçün ilham almağa ehtiyacımız olur. İlham almağın bir çox yolu var, amma ən çox ehtiyacımız olduğu anda bunu unuduruq.
İlham verən sözləri, məqalələri və uğur hekayələrini yaddaşda saxlayın. İlham verən filmlərdən və videolardan ibarət bir kitabxana yaradın və ya əyləncəli və xoşbəxt anlarınızın olduğu bir albom düzəldin. Özünüzə şübhə etdiyiniz zaman onlara baxın.
Öyrənin
İnsanlar hər zaman bilmədiklərindən qorxurlar. Lakin hər şeyi öyrənmək üçün özünüzü məcbur edin.
Bir şeydən qorxursanız, o mövzuda özünüzü tərbiyə edin. Bu qaranlıq bir otaqda gəzmək kimidir. İlk başda qorxduğunuzu hiss edirsiniz və sizi nə gözlədiyini bilmirirsiniz. Lakin işıq yandırdığınızda hər şey aydınlaşır və sadələşir.
Tarazlı yaşayın
Sizin üçün uğurun nə qədər vacib olduğu fərq etmir, önəmli olan tarazlı olmaqdır. Əks halda uğura gedən yol obsesiyaya çevrilər və həyatda bəyəndiyiniz hər şeyi məhv edər.
Uğur bir varış nöqtəsi deyil. Bir səfərdir və hər addımı realistik və balanslı şəkildə atmalıyıq.
Sevdiyiniz insanlarla vaxt keçirin, hobbinizdən zövq alın və ya size xoşbəxt edən işlərin ardınca gedin, sağlamlığınıza diqqət edin və ruhən böyüyün. Uğurun həqiqi tərifi budur.
Bütün bunlara əməl etsəniz uğur qazanmaq üçün ilk addım atmış olacaqsınız. Bu sizin haqqınızdır və etdiyiniz işdə uğurlu olmaq həyatınızın məqsədidir. Buna inansanız, balanslı və xoşbəxt bir həyat sürməyinizi heç bir şey mane ola bilməz.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay