BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
65940

"Stellantis "2024-cü ildə Şimali Amerikadakı çətinliklər səbəbindən mənfəətinin 70% azaldığını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, "Fiat", "Chrysler", "Jeep" və "Peugeot" kimi markaları özündə birləşdirən avtomobil konserni, cirosunun 17% azalaraq 156,9 milyard avroya (164,6 milyard dollar) düşdüyünü bildirib.

Şirkətin mənfəəti 2023-cü ildə 18,6 milyard avro təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 5,5 milyard avroya qədər azalıb.

AFP agentliyinin məlumatına görə, "Stellantis"in keçmiş baş icraçı direktoru Karlos Tavares şirkət daxilində mənfəət azalması ilə bağlı fikir ayrılıqları səbəbilə dekabr ayında istefa verib.

"Stellantis"in açıqlamasında bildirilir ki, yeni baş icraçı direktor axtarışı davam edir və 2025-ci ilin ilk yarısına qədər yeni rəhbərin seçilməsi gözlənilir. Bu müddətdə müvəqqəti idarəetmə komandası şirkətin performansını və gəlirliliyini yaxşılaşdırmaq üçün sürətli və qəti addımlar atıb.

"Stellantis" əsas bazarı olan Şimali Amerikada ciddi problemlərlə üzləşib. Şirkət elektrikli avtomobillərlə bağlı çətinliklər və zəif satışlar səbəbindən yeni modellərin təqdimatını gecikdirməli olub.

İtaliya, ABŞ və Fransa mənşəli avtomobil nəhənginin 14 markası arasında "Fiat", "Peugeot-Citroën", "Opel", "Maserati", "Chrysler", "Ram" və "Jeep" yer alır. Şirkət gələcəkdə bu problemləri aradan qaldırmaq üçün yeni strategiyalar üzərində işləyir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin