BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
65935

"Nvidia"nın 4-cü rüb maliyyə hesabatı bu gün açıqlanacaq və şirkətin gömrük tarifləri və ixrac məhdudiyyətləri ilə bağlı təzyiqləri necə idarə etdiyi diqqət mərkəzində olacaq.

Valyuta.az xəbər verir ki, süni intellekt çipləri sahəsində lider olan "Nvidia" bazardakı dominant mövqeyini qorumağa davam edir. Şirkətin qrafik prosessorları (GPU) təkcə Silikon Vadisində deyil, bütün dünyada böyük tələbat görür. "Amazon", "Google", "Meta" və "Microsoft" kimi texnologiya nəhəngləri süni intellekt mərkəzləri üçün milyardlarla dollar sərmayə qoyur və bu vəsaitlərin bir hissəsi birbaşa "Nvidia"ya yönəlir.

Bununla belə, "Nvidia" bəzi çətinliklərlə də üzləşir. Məsələn, texnologiya şirkətləri öz çip istehsal proseslərini inkişaf etdirərək "Nvidia"ya rəqib olmağa başlayır. Eyni zamanda, "DeepSeek" kimi daha effektiv süni intellekt modellərinin inkişafı investorları düşündürür. Bu modellərin yayılması, müştəriləri gələcəkdə daha ucuz alternativlərə yönəldə bilər.

"Wall Street" analitiklərinin "Bloomberg" vasitəsilə təqdim etdiyi konsensus proqnozlarına görə, "Nvidia"nın bu rüb üçün 38,2 milyard dollar gəlir əldə edəcəyi və hər səhm üçün 0,84 dollar mənfəət açıqlayacağı gözlənilir.

Bu rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə mənfəətdə 63%, gəlirdə isə 73% artım deməkdir. Lakin investorlar bunu yetərli hesab etməyə bilər. Çünki ötən ilin 4-cü rübündə şirkətin mənfəəti 486%, gəliri isə 265% artmışdı. Yəni bu dəfəki artım əvvəlki qədər böyük olmayacaq və bazarda məyusluq yarada bilər.

"Nvidia"nın əsas gəlir mənbəyi süni intellekt və məlumat mərkəzləri olacaq. Bu seqmentin gəlirinin 34 milyard dollara çatacağı gözlənilir. Oyun sektoru isə təxminən 3 milyard dollar gəlir gətirəcək. Qalan gəlirlər peşəkar qrafika, avtomobil texnologiyaları və OEM (orijinal avadanlıq istehsalçıları) seqmentlərindən gələcək.

İlin əvvəlindən etibarən "Nvidia" səhmləri 5%-dən çox dəyər itirib. "Google"ın ana şirkəti "Alphabet" 7%, "Amazon" 3%, "Microsoft" 5,5%, "Apple" isə 1% ucuzlaşıb. Böyük texnologiya şirkətləri üçün çətinliklər davam etsə də, "Meta" səhmləri 10%-dən çox artaraq bu tendensiyadan fərqli mövqe sərgiləyib.

Bu rüb hesabatı, "Nvidia"nın Çində "DeepSeek"in süni intellekt bazarına daxil olmasının yaratdığı təlatümdən sonra açıqladığı ilk hesabat olacaq. Yanvar ayının sonunda "DeepSeek"in inkişaf etdirdiyi süni intellekt modeli "Nvidia"nın ən güclü çiplərindən istifadə edirdi. Bu xəbər "Nvidia"nın bazar dəyərindən 600 milyard dolların silinməsinə səbəb olmuşdu. İnvestorlar, "DeepSeek"in yüksək performanslı modellərinin "Nvidia"nın çip bazarında üstünlüyünü azalda biləcəyindən ehtiyat edirdilər.

Buna baxmayaraq, "Nvidia"nın baş icraçı direktoru Censen Xuann bu iddialara qarşı çıxaraq bildirib ki, "DeepSeek"in süni intellekt modelləri, əslində, yüksək performanslı çiplərə olan tələbi artırır. Yəni bu texnologiyaların inkişafı "Nvidia" üçün təhlükə deyil, əksinə daha çox premium çip satışına stimul yarada bilər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

İşdən çıxarılanların nəzərinə: Bu halda əmək haqqı ödənilməlidir

ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək

"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin