BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
65919

İcbari Avromobil sığortasında lizinqlə olan avtomobillərin sığortasını onlayn aparmırlar. Agentlərdə də icazə yoxdur. Lizinqlə olan avtomobili sığortalatdırmaq istəyəndə, baş ofisə dəvət edilir. 

Bunun səbəbi nədir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan sığorta agenti Şahin İsmayılov bildirib ki, sığorta şirkətləri lizinq yolu ilə alınmış avtomobillərin icbari sığortalanması ilə bağlı vətəndaşlar üçün ciddi problemlər yaradıblar: “Hazırda bu avtomobillərin nə onlayn qaydada, nə də sığorta agentləri vasitəsilə sığortalanması mümkündür. Yeganə çıxış yolu sürücünün birbaşa sığorta şirkətlərinin baş ofisinə müraciət etməsidir. Məsələnin əsas narahatlıq doğuran tərəfi isə sığorta şirkətlərinin bu məhdudiyyətlərin səbəbi ilə bağlı yetərli və qaneedici izahat verməməsidir. Xüsusilə, bəzi avtomobil markalarının "qara siyahıya" salınması daha böyük problemlərə yol açır. Əksər hallarda bu siyahıya əsasən taksi xidməti üçün istifadə edilən avtomobillər daxil edilir”.

Ş.İsmayılovun sözlərinə görə, görünən odur ki, sığorta şirkətləri taksi kimi istifadə olunan avtomobilləri yüksək risk daşıyıcısı hesab edirlər: “Bunun əsas səbəbi isə taksilərin gün ərzində fasiləsiz hərəkətdə olması və onları idarə edən sürücülərin böyük bir qisminin təcrübəsiz və ya iş tapmaqda çətinlik çəkən şəxslərdən ibarət olmasıdır. Belə sürücülər tərəfindən törədilən qəza halları sığorta şirkətləri üçün maliyyə riskini artırır.

Digər tərəfdən, taksi xidməti üçün seçilən avtomobillər adətən kiçik mühərrik həcminə malik olduğu üçün onların icbari sığorta haqqı nisbətən aşağıdır. Bu da sığorta şirkətlərinin az məbləğ qarşılığında yüksək risklə üzləşməsinə səbəb olur. Nəticədə, sığorta şirkətləri bu avtomobillərin icbari sığortalanmasında maraqlı olmurlar və müxtəlif bürokratik maneələr yaradırlar”.

Ş.İsmayılov vurğulayıb ki, "İcbari Sığortalar Haqqında Qanun"a əsasən, sığorta şirkətləri avtomobilin icbari sığortalanmasından imtina edə bilməzlər: “Hazırda sürücülər yalnız sığorta şirkətlərinin baş ofislərinə müraciət etməklə bu xidmətdən yararlana bilirlər. Bu isə xüsusilə Bakıdan uzaq ərazilərdə yaşayan və ya bölgələrdə fəaliyyət göstərən sürücülər üçün ciddi çətinliklər yaradır. Onlar icbari sığorta əldə etmək üçün uzun məsafə qət etməyə və əlavə vaxt itirməyə məcbur qalırlar”. “Bu yanaşma qanunsuz olmaqla yanaşı, həm də sürücüləri çətin vəziyyətdə qoyur. Problemin tezliklə həll olunması və icbari sığorta prosesinin hamı üçün əlçatan olması vacibdir”,- deyə o, qeyd edib.

Mərkəzi Bankdan isə sorğumuza cavab olaraq bildirildi ki, icbari sığorta qanunvericiliyinə əsasən, sığorta şirkətinin sığorta müqaviləsi bağlayarkən və sığorta riskini qiymətləndirərkən sığortalıdan və ya sığorta olunandan müvafiq məlumat və sənədləri tələb etmək, eləcə də sığorta ediləcək əmlaka baxış keçirmək hüququ var.

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə bağlanarkən, dövlət qurumlarının təqdim etdiyi bütün zəruri məlumatlar İcbari Sığorta Bürosunun (İSB) elektron-informasiya sistemi ilə inteqrasiya olunmuş şəkildə əldə edilir.

Əgər nəqliyyat vasitəsi lizinq predmeti olarsa, lizinq alan şəxsin bu vasitəyə dair sığorta marağını təsdiq edən etibarnamə, yol vərəqəsi və digər sənədlər elektron bazaya daxil olmadığı üçün İSB ilə inteqrasiya olunmur. Buna görə də həmin sənədlər sığorta şirkətinə – baş ofisə və ya filiallara təqdim edilməlidir.

Sığorta şirkəti təqdim olunan sənədlər əsasında lizinq alan şəxsin sığorta marağını və sığorta risklərini yoxlayır. Yekunda, bütün məlumatlar təsdiqləndikdən sonra bu bilgilər İSB-nin elektron-informasiya sisteminə daxil edilir və sığorta müqaviləsi rəsmiləşdirilir”,- deyə əlavə olunub.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin