BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
65905

Yəqin ki, ətrafınızda “Mən gündüzlər işləyə bilmirəm, gecələr daha rahat işləyirəm” deyən insanlar var. Bəli, bu insanlar  nokturnal insanlardır. Onlar gecə aktiv olmağı üstün tuturlar və gündüzləri işləməkdə çox çətinlik çəkirlər.

Dünyanın bir çox yerində işlərin səhər başlanmasını nəzərə alsaq, bu insanlar da gündüz saatlarında işləməyə məcbur olur. Gecə işləməyi və ya aktivliyi daha uyğun hesab edən bu insanların iş həyatı necə olur? Nokturnalların bioloji saatı onların iş həyatına necə təsir edir?

Valyuta.az nokturnal olmağın iş həyatınıza təsirini araşdırdı.

Nokturnallar gecə işləməyi və ya aktivliyi daha rahat hesab edən insanlardır. Buna səbəb onların bioloji saatları gecə saatlarında daha yüksək enerjiyə sahib olmalarını təmin edir, amma gündüz saatlarında yorğun hiss edirlər. Bu cür insanlar adətən gecə işləyərkən daha məhsuldar olurlar və səhər saatlarında işə başlamaqda çətinlik çəkirlər. 

Nokturnalların bioloji saatı onların iş həyatına mənfi təsir edə bilər 

Gecə daha məhsuldar olduqları üçün bu insanlar uzun müddət işləyə bilirlər, amma səhər saatlarında enerjilərinin aşağı olması işdə effektivliyi azalda bilər. Bu cür insanlar gecə işlədikləri üçün sosial həyatları və sağlamlıqları zərər görə bilir. Yuxu keyfiyyətinin və miqdarının azalması, onların fiziki və zehni sağlamlığına zərər verir. Yuxusuzluq stressi artırır və işdə ciddi diqqət dağınıqlığına səbəb olur. Gecə işləməyə alışmış insanlar səhər saatlarına uyğunlaşmağa çalışarkən çox vaxt stresli olur. Çünki onlar vərdiş olmadığı bir zamana öyrəşməyə məcbur olurlar. Uzun müddət ərzində uyğunlaşmamaq da  bədənin və beynin sağlamlığını mənfi təsir edir.  Bütün bunlar nokturnalların iş həyatında məhsuldarlığını azaldır.

Nokturnallar gecə ona görə məhsuldar olur ki...

Gecə saatlarında enerjiləri yüksək olan nokturnallar daha məhsuldar və kreativ ola bilirlər. Gecə daha az diqqət dağıdıcı faktor olduğu üçün daha səmərəli işləyə bilirlər. Daha sakit və izolyasiya olunmuş bir mühitdə işləyən nokturnallar, özlərini daha rahat hiss edə bilir. Ümumilikdə, nokturnalların bioloji saatına uyğun olaraq gecə işləmələri onların iş fəaliyyətində müəyyən üstünlüklər təmin etsə də, bu vərdişin uzun müddətli mənfi təsirləri də ola bilər. Bu səbəbdən, nokturnalların balanslı bir yuxu rejimi və düzgün həyat tərzi tətbiq etmələri vacibdir.

Bu fərqlilik haradan gəlir?

Nokturnalların gecə işləmə vərdişi və bioloji saatları müəyyən qədər onların genetik və davranış xüsusiyyətlərindən asılıdır. Lakin, bu davranışların yalnız özlərinə aid olub-olmaması məsələsi çox mürəkkəbdir və müxtəlif faktorlar tərəfindən müəyyən edilir. Nokturnallığın bir hissəsi genetik olaraq müəyyənləşdirilə bilər. İnsanların bioloji saatı, onların daha çox gecə və ya gündüz aktiv olmağa meylli olmasını təyin edir. Bu bioloji ritmin fərdi xüsusiyyətlərə görə dəyişə və bəzi insanlar genetik olaraq gecə işləməyə uyğun bir vücuda sahib ola bilərlər. Bir digər təsir isə odur ki, hər bir insanın həyat tərzi və təcrübələri, onların gecə və ya gündüz işləmə vərdişlərinə təsir göstərir. Məsələn, iş şəraiti, sosial mühit və həyatın digər aspektləri, insanların gündüz və ya gecə işə başlaması ilə bağlı vərdişlərini müəyyən edə bilər.

Bu davranışları tamamilə dəyişdirmək mümükündür?

Nokturnalların səhər iş saatlarına uyğunlaşması mümkündür, amma bunun üçün istək, əzm və düzgün yanaşmalar tələb olunur. Bioloji saatları və gecə işləməyə meyilli olmaları bir çox hallarda genetik və təcrübəvi faktorlarla bağlı olsa da, bu davranışları tamamilə dəyişdirmək də mümkündür, amma çətin və zaman alıcı ola bilər. Gecə işləyən bir insanın səhər saatlarına uyğunlaşması müəyyən metodlarla mümkündür. 

İlk olaraq nokturnallar yava-yavaş səhər saatlarında aktiv olmağa çalışmalıdırlar. Hər gün yavaşca gecə yatma saatını irəlilətmək, səhər saatlarına uyğunlaşmağa kömək edə bilər. Yuxu sanatı gecə işləyən şəxslərin səhər saatlarına uyğunlaşmasında çox mühüm rol oynayır. Yuxu keyfiyyətinin yaxşılaşdırılması, yuxu dövrünü doğru tənzimləmək, enerji səviyyələrini artırır və nəticədə iş performansı yaxşılaşır. Bəzi insanlar səhər saatlarına uyğunlaşmaq üçün yuxusuz qalmağa cəhd edə bilərlər, amma bu da uzun müddət ərzində sağlamlıq problemlərinə yol aça bilər.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin