BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8453
  • RUB
    1.9383
  • TRY
    0.0465
  • GBP
    2.1921
65880

Artan iqlim böhranı və qeyri-müəyyən iqtisadi şərait fonunda elektromobillərin yayılması sürətlənir və bu avtomobillər getdikcə daha çox populyarlıq qazanır. Ölkəmizdə də elektromobillərdən istifadə edən şəxslərin sayı getdikcə artır. Son günlər Bakıda keçən soyuq hava şəraiti bu avtomobillərdən istifadə edən sürüclərdə müəyyən sual və narahatlıqlar yaradır. 

Valyuta.az "Euronews Next"ə istinadən elektrikli avtomobillərin soyuq havalarda istifadəsi haqqında məlumatları təqdim edir:

Elektrikli avtomobillər soyuq havada istifadə üçün uyğundurmu?

Avtomobillər də insanlar kimidir. Onlar da isti havada daha rahat olurlar. Soyuq hava bütün avtomobillərin – benzin, dizel və elektriklə işləyən avtomobillərin daha az səmərəli işləməsinə səbəb olur.

Benzin mühərrikli avtomobillərdə akkumulyatorun sıradan çıxması, generatorun nasazlığı və ya start mühərrikinin problemi səbəbindən qışda işə salınmaqda çətinliklər yaşana bilər. Lakin elektrikli avtomobillər akkumulyatorun kimyəvi tərkibi səbəbindən xüsusi problemlərlə üzləşir.

Aşağı temperatur akkumulyatorun tutumunu və yürüş məsafəsini azaldır. Tutum, əsasən, akkumulyatorun saxlaya biləcəyi enerji miqdarını və onun boşalma sürətini müəyyən edir, buna görə də soyuq havada avtomobili yenidən doldurmaq daha uzun çəkə bilər.

Həmçinin, soyuq havalar şarj məntəqələrinin işinə təsir göstərə bilər və nəticədə şarj müddəti əhəmiyyətli dərəcədə uzana bilər. Buna görə də qış aylarında şarj məntəqələrində daha çox vaxt keçirilə bilər.

Aşağı temperatur elektrikli avtomobillərin akkumulyatoruna necə təsir edir?

Elektrikli avtomobillərin akkumulyatorları enerjini saxlayır və buraxır, lakin soyuq hava bu prosesi ləngidir. İstilik nasosları və inkişaf etmiş istilik sistemlərinə malik modellər daha yaxşı performans göstərir və bu sistemlər olmayan modellərlə müqayisədə daha çox yürüş məsafəsi qət edir. Ümumilikdə, elektrikli avtomobilin yürüş məsafəsi orta qış havasında 30%-ə qədər, daha sərt hava şəraitində isə 32%-ə qədər azala bilər.

Norveç Avtomobil Federasiyası (NAF) elektrikli avtomobilləri qış və yay aylarında mütəmadi olaraq test edərək yürüş məsafəsi itkisi barədə məlumat təqdim edir.

Son aparılmış bir qış testində 23 avtomobil -2°C ilə -10°C arasında dəyişən temperaturda şəhər və kənd yollarında tam şarj olunmuş vəziyyətdə sürülüb.

Nəticələr göstərib ki, bütün modellər müəyyən dərəcədə kilometr itkisi yaşayıb, lakin bu itkilər fərqli səviyyədə olub. Məsələn, bəzi modellər elan edilən yürüş məsafələrinin böyük hissəsini saxlayıb. "HiPhi Z" modeli WLTP onun üçün müəyyən edilən göstəricilərin yalnız 5.9%-ni itirərək 522 km məsafə ilə birinci yerdə olub, ikinci və üçüncü yerlərdə isə "NIO ET5" (481 km) və "Hyundai IONIQ 6" (468 km) qərarlaşıb.

Bununla yanaşı, "Tesla Model 3" modeli isə elan edilən yürüş məsafəsindən demək olar ki, 30% daha az məsafə qət edə bilib.

Digər test nəticələrinə görə  böyük fərqlər ortaya çıxıb. Məsələn, "BMW 5" modeli yürüş məsafəsinin yalnız 12.2%-ni itirdiyi halda, "Toyota bZ4X", "Volvo C40 Recharge" və "Polestar Long Range" modelləri 30-31% zalma nümayiş etdirib.

Enerji istehlakı göstəricilərində də ciddi fərqlər olub. "Ford F-150 Lightning" modeli 100 km-ə nominal göstəricidən 49.2% daha çox enerji sərf edib.

Soyuq havanın elektrikli avtomobilin yürüş məsafəsinə təsirini azaltmaq üçün nə etmək olar?

Havanı idarə edə bilməzsiniz, lakin soyuq havanın yürüş məsafəsinə təsirini minimuma endirmək üçün bir neçə tədbir görə bilərsiniz:

- Gecə şarjı zamanı öncədən isinmə funksiyasını aktivləşdirin. Bu, yola çıxmazdan əvvəl başlamazdan əvvəl avtomobilin salonunu isitməyə imkan verir və beləliklə akkumulyatorun daxili enerjisi əvəzinə xarici enerji mənbəyindən istifadə olunur.

- Sükan və oturacaq qızdırıcılardan istifadə edin. Bu, bütün salonu isitmək əvəzinə daha az enerji sərf etməklə sizi isti saxlamağa kömək edir.

- İstilik nasosu olan avtomobillərə üstünlük verin. İstilik nasosu kabin və akkumulyatorun temperaturunu optimallaşdırır və səmərəli enerji istifadəsinə kömək edir.

- Təkərlərin təzyiqini düzgün səviyyədə saxlayın. Düzgün şişirdilməmiş təkərlər enerji sərfiyyatını artırır və avtomobilin yürüş məsafəsini azaldır.

Soyuq hava şəraitində elektrikli avtomobillərin performansını artıran yeni texnologiyalar

Son yeniliklər elektrikli avtomobilləri soyuq iqlimlərə daha dayanıqlı edərək yürüş məsafəsinin azalması və şarj müddətinin uzanması kimi problemləri həll edir.

- Çin Dalian Kimyəvi Fizika İnstitutu -60°C temperaturda etibarlı işləyən və 280 Wh/kg enerji sıxlığına malik yeni yüksək enerjili lityum-ion akkumulyator hazırlayıb.

- "New Scientist"in araşdırmalarına görə, etil asetat və yüksək konsentrasiyalı lityum duzu elektroliti -20°C temperaturda işləməyi mümkün edir və potensial olaraq -40°C ilə 60°C arasında işləmə qabiliyyəti təklif edir.

- StoreDot -10°C temperaturda 80%-ə qədər şarj ola bilən və yürüş məsafəsinin 85%-ni qoruyub saxlayan silikon əsaslı akkumulyatorlar təqdim edir.

- Valeo qışda elektrikli avtomobilin yürüş məsafəsini 30%-ə qədər artıran ağıllı istilik nasosu inkişaf etdirib.

Bu texnologiyalar elektrikli avtomobillərin istənilən hava şəraitində səmərəli işləməsini təmin edərək onların daha çox insan tərəfindən istifadəsini stimullaşdırır. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama

21 yaşlı gəncin qurduğu şirkət ABŞ ordusu ilə müqavilə bağlayıb – Silah fabriki yaradılır

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

Baş nazirdən Avtovağzalla bağlı QƏRAR

Məktəb ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Nazirlər Kabineti aviasiya sahəsində daha bir qaydanı təsdiq edib

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Ədliyyə Nazirliyi “BMW”lərini nazirin şirkətinə təmir etdirir

“S&P”: Azərbaycan və region ölkələrinə Rusiyadan pul köçürmələri azalacaq

Türkiyə otelləri "hər şey daxil"i ləğv edir?

"Yeni Klinika" əməkdaşlarının maaşları verilmir: "Ödənişi qeyri-müəyyən vaxta qədər uzadıblar"

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açıqlandı

"Azza"nın məhsulu satışdan yığışdırılır - Uyğunsuzluq aşkarlandı

"Azza"nın məhsulu satışdan yığışdırılır - Uyğunsuzluq aşkarlandı

Bakıda Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub - Yenilənib

Borcluların qiymətli kağızlarına həbs qoyulması ilə bağlı qanunvericilik təkmilləşdiriləcək

"Azərbaycan Dəmir Yolları"nın xəstəxanalarının ləğv edilməsinə başlanılıb

Obyektini icarəyə verən sahibkarların nəzərinə! - Ali Məhkəmədən mühüm qərar

"Aqrarkredit" QSC növbəti əmlakını hərraca çıxarır

“Meta” çiplərini test etməyə başladı

124 trln. dollarlıq "sərvət transferi"ndən qadınlar daha çox pay alacaq - Hesabat

33 və 60 manat “Çörəkpulu” alan köçkünlərin sayı azaldı

Prezidentdən Sahil Babayevlə bağlı SƏRƏNCAM

Azərbaycanda qızılın bir unsiyasının qiyməti 5 000 manatı keçdi - İlk dəfə

Azərbaycanda qızılın bir unsiyasının qiyməti 5 000 manatı keçdi - İlk dəfə

İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edildi

İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edildi

Azərbaycanda sənaye istehsalı azalıb - Səbəbi Açıqlandı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi

Azərbaycanda məşhur şirkət müflis oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin