BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
65818

Fevralın 23-24-də ölkə ərazisinə, o cümlədən Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkətinə bəzi problemlər yaradıb. Nəticədə bir sıra qəzalar qaçılmaz olub.

Bəs yolların sürüşkən olması səbəbindən baş verən qəzalara görə məsuliyyəti kim daşıyır? Bu qəzalara görə dəyən zərəri kim, hansı tərəfə ödəməlidir?

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, hər il qar yağanda, buzlu yollar olanda eyni sual ətrafında ajotaj yaranır.

“Birmənalı şəkildə aydın olmalıdır ki, qəza zamanı zərər vuran və ya zərər çəkənin müəyyən olunması sığorta ödənişinin verilməsinə əsasdır. İcbari sığortalar haqqında qanunun 17-ci maddəsində qeyd olunan sənədlər sığorta şirkətinə təqdim edilərsə, sığorta şirkəti sizə mütləq ya “imtina” ya da “ödəniş”lə bağlı məktub göndərməyə borcludur.

Qarlı-buzlu havalarda zəncirvari qəzalar zamanı mütləq müvafiq orqanın (Daxili işlər Nazirliyi) arayışı (forma 4) lazımdır. Bu sənədlə hadisədə sizin zərərvuran və ya zərərçəkən olmağınız müəyyən olunur. Əgər zərərçəkənsizsə, mütləq zərərvuran da oımalıdır. Zərərvuranın nömrəsini 9707 nömrəsinə göndərirsiniz və ya isb.az saytından yoxlayaraq onun hansı sığorta şirkətində olduğunu müəyyən etdikdən sonra həmin sığortaya müraciət edə bilərsiz”, - ekspert deyib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) "APA-Economics"ə bildirilib ki, fevral ayının 24-nə olan məlumata görə, 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 1496 müraciət daxil olub. Bu müraciətlərin 1257-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 235-i “Kasko” sığorta növü, 4-ü isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.

ASA-dan qeyd edilib ki, sığorta şirkətlərinin verdiyi məlumata görə, 1496 hadisədən 1010 hadisə üzrə ehtimal olunan zərər məbləği 652 min manat müəyyən olunub, 486 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi aparılır.

"Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur" - Assosiasiyadan əlavə edilib.

©modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin