
24.02.2025 / 22:00
Yanvar ayında ictimai iaşə dövriyyəsi 41 milyon manat artdı
65757
2025-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 187 milyon 914,8 min manat olub.
Valyuta.az xəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 21% və ya 41 milyon manat artımın olduğunu deməyə əsas verir. Qeyd edək ki, ötən ilin eyni dövründ ictimai iaşə xidmətlərində bu hesab 146 milyon 854 min manat idi.
İctimai iaşə dövriyyəsi 2025-ci ilin yanvar ayı üzrə 1 milyon 748,9 min manat, qeyri-dövlət sektorunda isə 186 milyon 165,9 min manat hesablanıb. Alınan nəticə dövlət sektorunda 5,6 % və ya 316 min manat artdığını, qeyri-dövlət sektorunda isə 21,2 % və ya 40 milyon manat artım olduğunu göstərir.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay