
23.02.2025 / 22:10
İcra Hakimiyyəti bir layihəyə 140 min ayırdı
65692
Şahbuz Rayon İcra Hakimiyyəti yeni tender elan edib.
Valyuta.Az bu barədə dövlət satın almaların vahid internet portalına istinadən xəbər verir.
Məlumata əsasən, tender, Şahbuz rayonunun bir şəhərində, bir qəsəbəsində və on yeddi kəndində avtomobil yollarının işıqlandırılması işlərinin layihə smeta sənədlərinin hazırlanması ilə bağlıdır.
Tenderə Azərbaycan Respublikasında qüvvədə olan normativlərə uyğun ümumi izahat yazısı, topoqrafiya, konusturuksiya hissəsi, smeta sənədlərinin hazırlanması daxildir.
Tenderin ehtimal olunan qiyməti 140 000 AZN-dir.
Təkliflərin son təqdim edilmə tarixi 17 mart 2025-ci il saat 12:00 təyin edilib.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay