BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
65591

​Türkiyənin bir neçə şəhərində saxta spirtli içkilərdən zəhərlənmə və ölüm hallarının baş verməsi ölkəmizdə də bu mövzunu aktuallaşdırıb. Azərbaycandakı şadlıq saraylarında saxta spirtli içkilərin verilməsi ilə bağlı şikayətlərin sayı çoxalıb. İddialara görə, içkilər bəzi restoran və iaşə obyektlərinin sahiblərinə məxsus sexlərdə hazırlanır və toy, nişan məclisləri olduqda süfrələrə verilir.

Bəs qidaların təhlükəsizliyinə nəzarəti həyata keçirən qurum - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) belə hal aşkarlayıbmı? Toylarda verilən içkilərin bazarda satılanlarla eyniliyinə və keyfiyyətinə nəzarət olunurmu?

Məsələ ilə bağlı AQTA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qida məhsulları daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir:

“Dünyanın bir sıra ölkələrində qanunsuz yollarla gəlir əldə etməyə çalışan dələduzlar tərəfindən spirtli içkilərin kustar üsullarla hazırlanmasına və satışına cəhdlər göstərilir.

Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir. Spirtli içkilər də daxil olmaqla, həm idxal, həm də daxili istehsal zamanı məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Agentlik müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür. Həyata keçirilən tədbirlərlə bağlı mütəmadi olaraq AQTA-nın rəsmi saytında məlumatlar paylaşılır”.

Məlumatda qeyd edilib ki, bu cür qanunsuz fəaliyyətlər qapalı məkanlarda həyata keçirilir:

“Adətən dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların da dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var”.

Qurumdan vətəndaşlara müraciət edilərək belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına məlumat vermələri xahiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"OpenAI" 300 milyard dollar dəyərində qiymətləndirildi

Texnologiya nəhənglərinin sərvət itkiləri - Rəqəmlər

Turistlər kütləvi şəkildə ABŞ-a səfərlərini ləğv edir - Nəticələr ağır ola bilər

AQTİ 177 min manatlıq texniki qaz alır

BVF-dən ABŞ tarifləri ilə bağlı xəbərdarlıq

Vüqar Əliyevin ölkədən çıxışı məhdudlaşdırıldı

“Forbes” ən varlı məşhurların adını açıqladı - 5,3 milyardla birinci odur

FT: Tramp administrasiyası Harvard üçün 9 milyard dolları dondura bilər

Bu şirkətin 2,3 milyon manat vergi borcu var

İqtisadiyyatın şaxələndirilməsini necə təmin etmək olar? - Deputat şərh edir

"Tesla" sahibləri arasında qütbləşmə: Maskın davranışları satışlara necə təsir edir?

“Damla Mebel”in rəhbərinə “stop” qoyuldu - Borcu 3.5 milyonu ötdü

"Aqrarkredit" QSC-nin əmlaklarının növbəti hərracı keçiriləcək

"ChatGPT”nin bu funksiyası pulsuz oldu

Yeni toy mövsümü başladı: 450 manata da menyu var

Ən böyük polad istehsalçılarından biri 1 milyard dollar zərərlə işləyib

Bu ASC-yə yeni sədr təyin olunacaq

Bakıda 213 mənzil bu tarixdən kirayə mexanizmi ilə satışa çıxır

Bakıda 213 mənzil bu tarixdən kirayə mexanizmi ilə satışa çıxır

"PAŞA Bank" keşbek faizlərini azaltdı

Təmir gedə-gedə kabab bişirdilər: Sahibi cəzalandırıldı - Fotolar

Dövlət Sosial Müdafiə Fondu ABB-yə 22 milyon ödəyəcək

Göstərişi Fazil Məmmədov verib, xahişi Nəcməddin Sadıkov edib - “Şlyapa Zahid”in 42 milyonluq mənimsəmə işi

“Azercell” mobil nömrələrdən istifadəyə görə məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ

Milli Məclis 1 milyonluq sifariş verdi

Vətəndaşın evini uçuran “Melissa Group”da satış dayandırıldı

Rusiyada yoxsulluq artıb

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

İş qrafikinin dəyişdirilməsi sahibkarlıq sahəsinə necə təsir göstərə bilər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin