
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi kəskin artır
2025-ci ilin yanvarında Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 2 milyard 619 milyon 144 min ABŞ dollarına çatıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvarında Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 905 milyon 931 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracının həcmi 2 milyard 406 milyon 347 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 230,4% çoxdur.
2024-cü ildə bu göstərici 728 milyon 294 min ABŞ dolları təşkil edib.
2025-ci ilin yanvarında Azərbaycandan Avropa İttifaqı ölkələrindən idxalının həcmi 212 milyon 797 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 19,7% və ya 35 milyon 160 min ABŞ dolları çoxdur.
2024-cü ilin yanvarında Avropa İttifaqı ölkələrindən Azərbaycana idxalın həcmi 177 milyon 637 min ABŞ dolları olub.
|
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
İllik dinamika |
İtaliya |
1 milyard 432 milyon 818 min ABŞ dolları |
1 milyard 394 milyon 671 min ABŞ dolları |
38 milyon 146 min ABŞ dolları |
2,8 dəfə |
Almaniya |
283 milyon 431 min ABŞ dolları təşkil edib |
228 milyon 358 min ABŞ dolları |
55 milyon 073 min ABŞ dollar |
3 dəfə çox |
Çexiya |
208 milyon 500 min ABŞ dolları |
202 milyon 448 min ABŞ dolları |
6 milyon 051 min ABŞ dolları |
38,2 dəfə |
Portuqaliya |
110 milyon 137 min ABŞ dolları |
109 milyon 76 min ABŞ dolları |
1 milyon 61 min ABŞ dolları |
23,2% |
Rumıniya |
106 milyon 232 min ABŞ dolları |
106 milyon 232 min ABŞ dolları |
8 milyon 772 min ABŞ dolları |
17,5 dəfə |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay