
Sənaye sahəsinə investisiya qoyuluşu 21% azalıb
2025-ci ilin yanvar ayında sənaye sahəsinə ayrılan ümumi vəsait 437 milyon manat təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayında sənaye sahəsinə ayrılan ümumi vəsaitin 314,9 milyon manatı mədənçıxarma sənayesinə, 20,4 milyon manatı emal sənayesinə, qalan hissəsi isə digər sənaye sahələrinə yönəldilib.
Ötən ilin yanvar ayında sənaye sahəsinə ayrılan vəsait 555,5 milyon manat olub. 2025-ci ilin yanvar ayı ötən ilin eyni dövrü ilə müqayisə edildikdə, 118,5 milyon manat və ya 21,33% azalma qeydə alınıb.
Qeyd edək ki, mədənçıxarma sənayesinə 2024-cü ildə 366 milyon manat, 2025-ci ildə isə 314,9 milyon manat sərf olunub. Bu isə 51,1 milyon manat və ya 13,96% azalma deməkdir. Emal sənayesinə isə ötən il 172,6 milyon manat yönəldilib, bu il isə bu rəqəm 20,4 milyon manata düşüb. Bu, 152,2 milyon manat və ya 88,18% azalma deməkdir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay