BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
65506

Günümüzdə çox insan biznes qurmaq istəyir. Belə bir fikir var ki, hər kəs az məbləğlə biznes qura bilər. Maraqlıdır, niyə bəziləri az məbləğlə biznes qurarkən digərləri çox pulu olmasına baxmayaraq, biznesdə uğurlu olmur?

Valyuta.az-a danışan “Mediamark” Rəqəmsal Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, bu sualın müxtəlif istiqamətdə səbəbləri, cavabları ola bilər: “Əsas məsələlərdən biri odur ki, insanlar bir bazar və ya dövriyyənin yarandığını gördükdə, bu barədə məlumatları olmamasına baxmayaraq, sadəcə populyar olduğu üçün yatırım edirlər, hətta böyük pullar xərcləyirlər, amma bir müddət sonra biznes batır. Bunun səbəbi odur ki, üzdə görünən nüanslardan əlavə görünməyən nüanslar da olur. Bəzi insanlar bizneslə məşğul olmağa başlayanda öncədən görmədikləri, hesablamadıqları müxtəlif problemlərlə qarşılaşırlar və hansısa məqamda davam gətirə bilməyərək dayanırlar. Bəzən isə, insanlar kiçik büdcə ilə uğurlu biznes qururlar. O insanlar gördüyü işin mütəxəssisi olan insanlardır. Yəni, gördüyü işi kifayət qədər araşdırıb, öyrənib bilən insanlardır. İş prosesində gözlədiyimiz və gözləmədiyimiz problemlər ortaya çıxa bilər. Kimlər ki öncədən qarşılaşa biləcəkləri problemlərə həll yolu hazırlayıbsa, planlar qurubsa, onların idarəetməsi daha rahat və biznesləri uğurlu olur”. 

Biznesdə uğurlu olmağın şərtləri var

O.Rzayev qeyd etdi ki, biznesdə uğurlu olmaq üçün bəzi şərtləri bilmək və tətbiq etmək vacibdir: “Biznes quran insanın bilik və bacarıqları, problemləri həlletmə bacarığı, çətinliklərə tab gətirmək gücü, ikinci, üçüncü, beşinci problemdə işini dayandırmaması, həll edərək növbəti addıma keçməsi və.s. faktorlar biznesin inkişaf edib-etməməsində önəmli rol oynayır. Bundan başqa, biznes qurmaq istəyən insanlar yanlış biznes, yanlış bazar seçə bilər. Bu halda insan nə qədər bacarıqlı olsa da, seçdiyi biznesə tələbat yoxdusa, yüksəlməkdə çətinlik çəkir. Biznesdə fərqli situasiya varsa, bəzən nə qədər pulun, bacarığın olsa da kifayət etməyə bilər. Sadəcə olaraq, bu, biznes işidir. Biznesə başlamağın müxtəlif aspektləri və çətinlikləri var. Biznesi detallı öyrənmək, ölçüb biçmək, yaranacaq problemləri həll etmə bacarığı və.s faktorlar da təsir edir”. 

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin