
21.02.2025 / 12:25
Mənzil tikintisi üçün 172 milyon ayrılıb
65492
"2025-ci ilin yanvar ayında əsas kapitala yönəldilən ümumi investisiyanın 29,8%-i tikinti sahəsinə ayrılıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə tikinti sahəsinə 234,5 milyon manat yönəldilib. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 12,7% və ya 29,2 milyon manat artım deməkdir.
2025-ci ilin yanvar ayında mənzil tikintisinə 172,4 milyon manat ayrılıb. Ötən ilin eyni ayında bu göstərici 63,1 milyon manat təşkil edib.
Beləliklə, 2025-ci ilin yanvar ayındakı göstərici ilə ötən ilin eyni dövrünü müqayisə etdikdə, tikinti sahəsinə yönəldilən vəsaitin 109,3 milyon manat artdığını görmək olar.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay