
19.02.2025 / 17:15
Ötən ay çay istehsalı azalıb
65438
Azərbaycan ötən ay 726 ton çay istehsal edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki aya nisbətən 71% və ya 297,2 ton azalma deməkdir. 2024-cü ildə ümumilikdə 1 023,3 ton çay istehsal olunub.
Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycan ötən ay 1 299 ton çay idxal edib. Çayın idxal dəyəri 8 milyon 168 min ABŞ dolları təşkil edib. 471 min ABŞ dolları dəyərində isə 51 ton çay ixrac olunub.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay