BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
65426

"Meta" beş qitəni birləşdirəcək və qlobal yüksək sürətli bağlantı təmin edəcək 50 000 kilometrlik nəhəng sualtı kabel layihəsi "Project Waterworth"u elan edib. 

Valyuta.az xəbər verir ki, bu layihə, rəqəmsal infrastrukturun gücləndirilməsinə və süni intellekt sahəsində innovasiyaların inkişafına təkan verəcək.

Uzunmüddətli və milyardlarla dollarlıq sərmayə

"Facebook"un ana şirkəti olan "Meta" dünyanın ən uzun sualtı kabelini çəkməyi planlaşdırır. Şirkətin bir neçə ay əvvəl belə bir infrastruktur yaratmaq üçün 10 milyard dollar sərf etməyi planlaşdırdığı barədə məlumatlar sızdırılmışdı.

"Meta"nın Şəbəkə Mühəndisliyi üzrə vitse-prezidenti Qaya Naqaracan və Qlobal Şəbəkə İnvestisiyaları rəhbəri Aleks-Handra Aime layihənin “dünyanın ən uzun kabeli” olacağını və “ən yüksək tutumlu texnologiya” ilə təchiz ediləcəyini bildiriblər.

Beş qitəni birləşdirən qlobal bağlantı

"Project Waterworth" ABŞ, Hindistan, Braziliya, Cənubi Afrika və digər strateji bölgələri birləşdirməyi hədəfləyir. Layihə süni intellektin inkişafı üçün yüksək sürətli və geniş tutumlu üç yeni okean keçidi yaradaraq qlobal rəqəmsal magistralları gücləndirəcək.

Yeni kabel sistemi Afrikanın cənubundan keçərək Asiya və Avstraliya arasındakı regionda dənizin 7 000 metr dərinliyinə yerləşdiriləcək. Naqaracan və Aime bu irimiqyaslı bağlantının "Meta"nın şəbəkə infrastrukturuna daha çox nəzarət etməsinə imkan verəcəyini, eləcə də Hindistan kimi sürətlə inkişaf edən texnologiya mərkəzlərində rəqəmsal transformasiyanı dəstəkləyəcəyini bildiriblər.

"Meta"nın əvvəlki kabel layihələri

Bu layihə "Meta"nın indiyədək həyata keçirdiyi ən böyük şəbəkə layihəsi olsa da, şirkətin ilk kabel təşəbbüsü deyil. İllər ərzində "Meta" 20 fərqli sualtı kabel sistemi inkişaf etdirib. Bunlar arasında uzunluğu 45 000 km olan və əvvəlki rekorda sahib "2Africa" kabel şəbəkəsinin genişləndirilmiş versiyası da yer alır.

"Project Waterworth" dünya üzrə internet bağlantısını daha da gücləndirmək və süni intellekt tətbiqlərinin inkişafını sürətləndirmək baxımından texnologiya sektorunda mühüm bir addım kimi qiymətləndirilir.

Paşa Məmmədli


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məleykə Abbaszadədən abituriyentlərə XƏBƏRDARLIQ

“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - Fotolar

"Throne" startapı ağıllı tualet qurğusu ilə 4 milyon dollar investisiya cəlb edib - Üstünlükləri

“Azercell" 36 000 manata mobil nömrələr satışa çıxardı - SİYAHI

“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” - Zirvəni fəth edən Vəfa danışdı

Bakıda 3 məktəb direktoru işdən çıxarıldı

Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb

Mərkəzi Bankın rəhbərliyinin əmək haqqı ödənişləri 40% artıb

Hüquqi tərcümə niyə risklidir?

10 ildən çoxdur fəaliyyət göstərən hazır turizm biznesi satışa çıxarıldı - QİYMƏT

10 ildən çoxdur fəaliyyət göstərən hazır turizm biznesi satışa çıxarıldı - QİYMƏT

Azərbaycan nefti ucuzlaşıb

Ermənistanın hərbi təcavüzü Azərbaycana 150 milyard dollar ziyan vurub

Bağçalara sənəd qəbulu dayandırıldı

"Narimanov Estate"in vergi borcu yarım milyonu ötüb

Avro və lirə manat qarşısında dəyər itirib

"Ethereum" və "XRP"nin qiyməti artıb

Bir hərf, səkkiz rəqəm: Manatın seriya nömrələrinin mənası və dəyəri - SƏHƏR OXUSU

"OpenAI" "iPhone"un baş dizaynerinin şirkətini 6,5 milyarda satın aldı

Meşələrin İnkişafı Xidməti 700 minlik təsərrüfat malları alır

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

İlon Mask: Al sənayesi 2026-cı ilin əvvəlində enerji çatışmazlığı ilə üzləşəcək

"İnşaat Konstruksiyaları”nın da borcu var

Məhsulu yalandan reklam edə bilməyəcəklər - Bloqerlərə bəd xəbər

Durovun həbsi "Telegram"ı dayandırmadı: Şirkət 1,5 milyard dollar gəlir əldə edib

BYD ilk dəfə Avropada "Tesla"dan çox avtomobil satdı

Qarabağ Universiteti 4 milyonluq invertar və avadanlıq alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin