
"Google" İtaliyadakı vergi işini həll etmək üçün 340 milyon dollar ödəyəcək
Milan prokurorları çərşənbə günü bildiriblər ki, "Google"un Avropa bölməsinə qarşı qaldırılmış işi bağlamaq niyyətindədirlər.
Valyuta.Az xəbər verir ki, bu qərar texnologiya nəhənginin vergi iddiasını həll etmək üçün 326 milyon avro (340 milyon dollar) ödəməyə razılaşmasından sonra qəbul edilib.
Prokurorların açıqlamasına görə, razılaşma 2015-2019-cu illəri əhatə edir və cərimələr, faizlər və digər sanksiyaları özündə birləşdirir.
Ötən il "Reuters" xəbər vermişdi ki, İtaliya hökuməti "Google"dan 1 milyard avro məbləğində ödənilməmiş vergi və cərimələr tələb edib. Bu, ABŞ şirkətinin Roma hakimiyyət orqanları ilə əvvəlki böyük vergi mübahisəsini həll etməsindən yeddi il sonra baş verib.
Milan prokurorları iddia edirdilər ki, "Google" İtaliyada əldə etdiyi gəlirlərə görə vergi bəyannaməsi təqdim etməyib və vergi ödəməyib. İddia şirkətin ölkədəki rəqəmsal infrastrukturu əsasında irəli sürülüb.
Qeyd edək ki, 2017-ci ildə "Google" İtaliyada daimi fəaliyyət göstərdiyi müəyyən edildikdən sonra əvvəlki vergi işini həll etmək üçün 306 milyon avro ödəmişdi.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay