BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
65355

Bəzən insanlar bəhanələrə sığınmaq üçün pul bütün pisliklərin anasıdır, varlı insanlar acgöz olurlar, pul səni xoşbəxt etməyəcək kimi fikirlər səsləndirir. 

Pul hər şey deyil, amma unutmaq olmaz ki, ən azı oksigen qədər lazımdır. 

Var-dövlət, gəlir və pul qazanmaq tez-tez müzakirə olunur. Bəzən çox pul qazanmaq istəyən insanlar acgöz damğası almaqdan qorxur, lakin pulun azadlığın çox vacib bir hissəsi olduğunu başa düşmək də çox önəmlidir. 

İnsanın heç nəyə sahib olmaması, hansısa bir restoranda hesabı ödəyə bilməməsi, ümidsizliyə qapılması çox çətin vəziyyətdir. Mən də böyük gəlir əldə etməyin nə olduğunu bilirəm və hesabları ödəməkdən narahat olmayın. Pul sahibi olmaq çox xoş və məmnunedici bir hissdir, lakin ən əsası pul sizə həm də müxtəlif seçimlər təqdim edir.

Bəs pulu necə qazanaq, gəlirlərimizi necə artıraq?

Valyuta.az gəlirinizi artırmaq üçün indi istifadə etməyə başlaya biləcəyiniz 8 çox istifadə olunan taktiki və sadə məsləhəti sizinlə paylaşır:

Eyni səhvləri təkrar etməyi dayandırın

Deyirlər, dəlilik eyni şeyi təkrar-təkrar edib hər dəfə fərqli nəticə gözləməkdir. Əgər qane deyilsinizsə, etməli olduğunuz ilk şey indiyə qədər etdiyiniz işləri dayandırmaqdır, çünki bu sizi qane etmir və yaşadığınız reallıqdır.

Həyatın gözəl tərəfi odur ki, bir gecədə hekayənizi və hədəflərinizi tamamilə dəyişmək imkanınız var. Keçmişdə hansı qərarlar verdiyinizdən asılı olmayaraq, doğru qərar verməkdən həmişə bir addım uzaqdasınız.

Pul ilə dəyərinizi müəyyənləşdirməyin

Öz dəyərinizin maddi durumunuzla heç bir əlaqəsi yoxdur. İstər bank hesabınız mənfi olsun, istərsə də hesabınızda 5 milyon dollarınız olsun, özünüzə inamınızdan heç vaxt vaz keçməməlisiniz. Stresli olduğunuz zaman özünüzə inamınızı artırmaq üçün nə etməlisinizsə, bu vəziyyətdən çıxmaq üçün edə bilərsiniz.

Zəngin olmaq ağlınızın məhsuludur, amma kasıb olmaq da ağlınızın məhsuludur. Sizi tamamlayan xarakterinizdir, sahib olduğunuz var-dövlət deyil.

Qazanclarınızı prioritetləşdirməyə başlayın

Həftəlik iş cədvəlinizi hazırlamağa başladığınızda, sizə gəlir gətirən fəaliyyətlərlə başladığınızdan əmin olun. Cədvəlinizdə ən azı 20%-lik bir hissəni gəlirləriniz üçün ayırın.

Bunların nələr olduğunu tapın. Sözün həqiqi mənasında gəlir əldə etmək üçün nə etməli olduğunuzu düşünün. İndi bunları davamlı şəkildə cədvəlinizə daxil edin və gəlir əldə etmək üçün bu fəaliyyətləri təmin edin.

Davamlı olaraq özünüzə etdiyiniz şeylərin mənfəətli olub-olmadığını soruşun. Edəcəyiniz şeylər ilə bir şeyi edərkən nə hiss etdiyinizə diqqət yetirin. Həyata keçirəcəyiniz işlərin sizə gəlir təmin edəcəyini heç vaxt unutmayın.

Vaxtınızı daha çox dəyərləndirin

Zaman puldan daha vacibdir. Həmişə pul qazana bilərsiniz, ancaq bir az daha çox vaxt tapa bilməzsiniz. Eyni zamanda iki dəfə çox pul qazanmaq mümkündür. Ağıllı xərclənən vaxtdan daha dəyərli bir şey yoxdur. Hamımızın 24 saatımız var və bu müddətdə nə etdiyiniz hər şeyi müəyyənləşdirir.

“Yox” deməyi öyrənin

Stiv Cobs  çıxışlarının birində deyib ki, “Apple”ı bu qədər uğurlu edən onun “yox” demək bacarığı idi.

Əgər özünüzü çox yorur, hamının yerinə işləməyə çalışırsınızsa, “yox” sözü həyatınızı dəyişəcək. Özünüzü inamlı və təhlükəsiz hiss edə biləcəyiniz bir gəlir əldə etməyincə sizə gəlir gətirməyən hər şeyə “yox” deyin. Özünüzə zaman ayırın və gəlir gətirəcək və sizi rahatlaşdıracaq fəaliyyətlərə diqqət yetirin.

Bəhanələrinizi azaldın

Bəhanələriniz artdıqca bank hesabınızdakılar azalmağa başlayacaq. Ən yaxşı bəhanə gətirənlər ən kiçik bank hesabı olanlardır. Yaradıcı bəhanələr axtarmağa sərf etdiyiniz enerji və vaxt həyatınızı yaxşılaşdırmaq üçün həllər tapmaq üçün istifadə edilə bilər. Bəhanələr xəstəlikdir və daim bəhanə gətirən insanların pul problemi davam edəcək.

Diqqətinizi qurban olmaqdan lider olmağa yönəldin

İqtisadiyyatı, keçmişinizi, müdirinizi və ya işlədiyiniz şirkəti günahlandırmağı dayandırın. Daha çox maaş tələb edin, işləri dəyişdirin, daha dəyərli olun. Unutmayın, həyatınızdakı hər şeyə görə məsuliyyət götürməyə başladığınız an, həyatınızda hər şeyi dəyişdirə biləcəyiniz andır.

Gəlirinizi artırmaq üçün nə qədər tez hərəkətə keçsəniz, o qədər də çox qazanacaqsınız. 

Əgər bu məsləhətləri ciddi qəbul etsəniz və həqiqətən də bunu istəyirsinizsə, yazılanlara əməl edərək yaxın bir neçə ayda gəlirinizi artıra bilərsiniz. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şəhərin mərkəzində kofeşop satılır - QİYMƏT

ABŞ reytinqini aşağı salan “Moody's”ə inamsızlığını elan edib

Avro və rubl dəyər itirir - Günün məzənnəsi

Yağıntılı hava şəraiti otun qiymətinə təsir edib

Kriptovalyutaların qiyməti düşərkən, "Dogecoin"də artım oldu

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin