
18.02.2025 / 15:36
Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi yaxın 3 ildə tamamlanacaq
65332
Günlük 300 min kubmetr dəniz suyununun duzsuzlaşdırılıb şəbəkəyə ötürülməsi planlaşdırılır.
Bunu ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven deyib.
O bildirib ki, Azərbaycanın su ehtiyacının 70%-i xarici ölkələrdə formalaşır. Bu baxımdan dəniz suyunun duzsuzlaşdırılması olduqca vacibdir.
“Azərbaycanın su güvənliyini, Bakının su ehtiyacını qarşılayacaq dəniz suyunun duzsuzlaşdırılması layihəsinin inşaatını 2.5 il ərzində tamamlayacayıq’- deyə Selim Güven qeyd edib.
©apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay