BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
65323

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi ilə bağlı mediada yayılan məlumatlarla bağlı əhaliyə və aptek təşkilatlarına müraciət edib.

Valyuta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.

“Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdə istifadə təlimatı olmadan satılan dərman vasitələrinə görə apteklərin cərimə ediləcəyi barədə mediada məlumat yayılıb. Əhali arasında çaşqınlıq yaranmaması üçün bildiririk ki, ölkə ərazisində dərman çatışmazlığının qarşısının alınması məqsədilə atılan ən mühüm addımlardan biri də dərman vasitələrinin qeydiyyat-ekspertiza qaydalarının sadələşdirilməsi və beynəlxalq qeydiyyatın tanınması olub. Belə ki, dərman vasitələrinin istifadə təlimatları (içlik vərəqə) hər hansı xarici dildə olarsa, qeydiyyat vəsiqə sahibi tərəfindən Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi apteklərə təqdim edilməlidir. Bu tələb “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsində öz əksini tapır. Belə ki, Azərbaycan dilində olan içlik vərəqəsi dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur. Həmin dərman vasitəsinin vəsiqə sahibi apteki Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin etməyə borcludur.

Qanunvericiliyin bu tələbi pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 221.13 və 221.14-cü maddələri üzrə protokol tərtib edilərək inzibati tənbeh tədbirləri görülür. Belə ki, 221.3-cü maddəyə əsasən, Azərbaycan dilində olan istifadə təlimatı dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin vəsiqə sahibi tərəfindən aptekin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəsiqə sahibləri – vəzifəli şəxs olduqda 1500-2000, hüquqi şəxs olduqda isə 5000-7000 manat məbləğində cərimə edilir.

Apteklər isə yalnız vəsiqə sahibləri tərəfindən Azərbaycan dilində təsdiq edilən istifadə təlimatı ilə təmin edildiyi halda, istehlakçının tələbi əsasında içlik vərəqəsinin kağız formasında çap edərək istehlakçıya təqdim etməməsinə görə 50 manat məbləğində cərimə edilir.

Əlavə olaraq qeyd etməliyik ki, Prezidentin müvafiq göstərişləri əsasında səhiyyə sahəsində aparılan dəyişikliklərdən biri də elektron resept sistemidir. Bu sistem vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatları ilə elektron qaydada da tanış ola bilərlər. Bunun üçün vətəndaşlar elektron resept sistemində dərmanlar bölməsinə daxil olaraq, müvafiq dərmanın istifadə təlimatını əldə edə bilərlər.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”, - deyə müraciətdə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

"Zoth" platformasında 8,4 mln. dollarlıq kriptovalyuta oğurluğu baş verib

Pul vasitədir, yoxsa məqsəd? - SƏHƏR OXUSU

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Azərbaycan Türkiyəyə investisiyalarını 7 dəfədən çox azaldıb, Avstriyaya isə 49 dəfə artırıb

Bu Fondun iki avtomobili hərracda satılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin