
19.02.2025 / 14:00
Azərbaycanda minik avtomobili istehsalı kəskin azaldı
65322
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində azalma olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-сi ilin yanvar ayında 48 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə nəqliyyat vasitələrinin istehsalı 17,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 20,7 faiz, maşın və avadanlıqların istehsalı isə 52,6 faiz azalıb.
Qeyd edək ki, 2025-сi ilin yanvar ayında 235 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 171 ədəd azdır. Ay ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə traktorların istehsalı isə 6,1 faiz azalıb.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay