
Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi artır - 134 milyon ABŞ dollarından çox artım
2025-cü ilin yanvarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 556 milyon 453 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, hesabat ötən ilin eyni dövrü ilə müqayisədə 31,9% və ya 134 milyon 774 min ABŞ dolları çoxdur.
2024-cü ilin yanvarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 421 milyon 679 min ABŞ dolları təşkil edib.
Azərbaycanın MDB ölkələrinə ixracının həcmi isə 120 milyon 234 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% və ya 19 milyon 583 min ABŞ dolları çoxdur. 2024-cü ilin yanvarında Azərbaycanın MDB ölkələrinə ixracının həcmi 100 milyon 651 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvarında MDB ölkələrindən Azərbaycana idxalın həcmi 436 milyon 219 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 35,8% və ya 115 milyon 191 min ABŞ dolları çoxdur.
2024-cü ilin yanvarında MDB ölkələrindən Azərbaycana idxalın həcmi 321 milyon 028 min ABŞ dolları olub.
Azərbaycan - Rusiya
Azərbaycanın MDB ölkələri arasında ticarət əməliyyatları apardığı əsas ölkələrdən biri Rusiyadır.
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 411 milyon 813 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 55,5% və ya 147 milyon 12 min ABŞ dolları çoxdur.
2024-cü ilin yanvarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 264 milyon 801 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Rusiyaya ixracının həcmi 81 milyon 145 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 7,3% və ya 5 milyon 553 min ABŞ dolları çoxdur.
2024-cü ilin yanvarında Azərbaycanın Rusiyaya ixracının həcmi 75 milyon 592 min ABŞ dolları təşkil edib.
Rusiyadan Azərbaycana idxalın həcmi 330 milyon 667 min ABŞ dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 1,7 dəfə çoxdur. Ötən ilin yanvarında Rusiyadan Azərbaycana idxalın həcmi 189 milyon 208 min ABŞ dolları təşkil edib.
Azərbaycan - Ukrayna
2025-ci ilin yanvarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 44 milyon 448 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 9 milyon 771 min ABŞ dolları və ya 28,1% çoxdur. Bu göstərici 2024-cü ilin yanvarında 34 milyon 677 min ABŞ dolları təşkil edib.
2025-cü ilin yanvarında Azərbaycanın Ukraynaya ixracının həcmi 22 milyon 762 min ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. 2024-cü ilin yanvarında Azərbaycanın Ukraynaya ixracın həcmi 6 milyon 858 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Ukrayandan Azərbaycana idxalın həcmi 21 milyon 686 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 22% və ya 6 milyon 133 min ABŞ dolları azdır.
2024-cü ilin yanvarında Ukraynadan Azərbaycana idxalın həcmi 27 milyon 819 min ABŞ dolları təşkil edib.
Azərbaycan - Qazaxıstan
2025-ci ilin yanvarında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 24 milyon 691 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 41,5% və ya 7 milyon 230 min ABŞ dolları çoxdur.
2024-cü ilin yanvarında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 17 milyon 441 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Qazaxıstana ixracın həcmi 5 milyon 693 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 68,4% və ya 2 milyon 314 min ABŞ dolları təşkil edib.
Qazaxıstandan Azərbaycana idxalın həcmi 18 milyon 998 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 35,1% və ya 4 milyon 936 min ABŞ dolları çoxdur.
2024-cü ilin yanvarında Qazaxıstandan Azərbaycana idxalın həcmi 14 milyon 062 min ABŞ dolları təşkil edib.
Azərbaycan - Türkmənistan
2025-ci ilin yanvarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 26 milyon 352 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 21,9% və ya 7 milyon 396 min ABŞ dolları azdır.
2024-cü ilin yanvarında isə ticarət dövriyyəsinin həcmi 33 milyon 748 min ABŞ dolları təşkil edib.
Bu ilin hesabat dövründə Azərbaycanın Türkmənistana ixracının həcmi 25,1% və ya 1 milyon 7 min ABŞ dolları azdır. 2024-cü ilin yanvarında Azərbaycanın Türkmənistana ixracının həcmi 4 milyon 11 min ABŞ dolları təşkil edib.
Türkmənistandan Azərbaycana idxalın həcmi 23 milyon 348 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 21,4% və ya 6 milyon 389 min ABŞ dolları azdır.
Türkmənistandan Azərbaycana idxalın həcmi isə 29 milyon 737 min ABŞ dollar təşkil edib.
Azərbaycan - Özbəkistan
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 14 milyon 578 min ABŞ dolları təşkil edib. Bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 13,1% və ya 1 milyon 696 min ABŞ dolları çoxdur.
2024-cü ilin yanvarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 12 milyon 882 min ABŞ dolları təşkil edib.
Azərbaycanın Özbəkistana ixracının həcmi 2 milyon 612 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 31,4% və ya 625 min ABŞ dolları çoxdur. 2024-cü ilin yanvarında Azərbaycanın Özbəkistana ixracının həcmi 1 milyon 987 min ABŞ dolları təşkil edib.
Özbəkistandan Azərbaycana idxalın həcmi 11 milyon 966 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% və ya 1 milyon 71 min ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvarında Özbəkistandan Azərbaycana idxalın həcmi 10 milyon 895 min ABŞ dolları təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay